Allahın (c. c.) verdiyindən Allahın rəğbətini, rizasını qazanmaq niyyəti ilə Allahın bəndəsinə vermək əslində özünə dəyər qazanmaqdır. Sən Allahın bəndəsini Allah üçün sevərsən, Allah da səni sevər; sən Allahın bəndəsini Allah üçün sevindirərsən, Allah da səni sevindirər.
Qurban kəsmək Allahın əmrini yerinə yetirməkdir. Kəsilən qurbanın qanı bilmədiyimiz neçə bəlanın qarşısına sipər olar. Kəsilən heyvan vasitədir, Allaha qurban, yəni yaxın olan o qurbanı kəsəndir. Qurbanlıq heyvanı sədəqə vermək insanı qurban borcundan qurtarmaz, yəni o heyvan kəsilməlidir. “Qurban” sözünün mənası da yaxınlaşmaq deməkdir, yəni bəndənin Allaha yaxınlaşması.
Peyğəmbərimiz (s.ə.s.) buyurur ki, imkanı olduğu halda qurban kəsməyən bizim namazgahımıza yaxınlaşmasın. Mənzərəni təsəvvür edirsinizmi, Rəsulullah geri dönür və sənə baxır. O baxışın mənasını sən yaxşı anlayırsan, yəni imkanın vardı, amma qurban kəsmirdin, ona görə də buradan uzaq ol.
Adəm oğlu Qabil kimi yetişdirdiyin məhsulun xarabını, zəifini qurban deyərsən, Allah qəbul etməz; Habil kimi ən gözəlini, ən böyüyünü qurban edərsən, qurbanın qəbul olar, dəyərin də yüksələr.
Allah-Təala bütün ibadətlərimizi, qurbanlarımızı Uca dərgahında qəbul buyursun, yurdumuza xeyir-bərəkət, insanlarımıza könül xoşluğu, iman duyğusunun verdiyi gözəllikləri yaşamağı nəsib eyləsin! Qurban bayramınız mübarək olsun!
ZAMAN
Mən də bütün müsəlmanları Qurban bayramı münasibətilə təbrik edirəm, özümün hazırladığım GİF-ə baxmağa dəvət edirəm:
http://yadi.sk/d/OPIXsKNzAxn8e
cenab Prezdentimizin ve aile uzvulerinin azerbaycan xalqinin qurban bayramini tebrik edirem kesdiyiniz her bir qurbani allah qebul elesin
Comments are closed.