Millət vəkilimiz I Beynəlxalq Türkologiya konfransında iştirak edəcək

0
52

Milli Məclisin üzvü Jalə Əliyeva aprelin 19-da Türkiyədə keçiriləcək I Beynəlxalq Türkologiya konfransında iştirak edəcək. J.Əliyevann sözlərinə görə, konfrans 19- 24 aprel 2012- ci il tarixində  Yunis Əmrə İnstitutu tərəfindən İstanbulda keçiriləcək. Millət vəkili bildirib ki, konfrans Türkiyənin Xarici İşlər Nazirliyi,  İstanbul Böyük Şəhər Bələdiyyəsi və Türk Dil Qurumu tərəfindən dəstəklənəcək. “Bu üç qurumun və Yunis Əmrə İnstitutunun bir yerdə hazırladıqları konfrans böyük bir layihədir. Konfransa xarici ölkələrindən Türkologiya, Türk dili və ədəbiyyatı şöbələrinin aparıcı mütəxəssislərinin, bu sahədə işləyən elm adamlarının qatılacağı gözlənilir. İştirak edəcək ölkələr sırasında Almaniya, Amerika, Albaniya, Avstriya, Azərbaycan , Belçika, Bolqarıstan, Çexiya, Çin , Finlandiya, Fələsdin, Gürcüstan, Rusiya, Serbiya, Polşa, Misir, İngiltərə, İtaliya  da var.  Gündəlikdə olan məsələlədən ən əsası Türk dili və ədəbiyyatı, ümumiyyətlə türkologiya ilə bağlı məsələlərin müzakirə olunmasıdır. Türkologiya sahəsində daha da irəliyə getmək üçün fikir mübadiləsi aparılacaq. Əsas 6 məsələ müzakirə olunacaq. Bu sahədə çalışan heyətlə, təhsil alan tələbələrlə, daha sonra isə dərsliklərlə də bağlı məsələlər gündəmə gətiriləcək”-deyə J.Əliyeva qeyd edib. Deputat hesab edir ki, konfransda bu sahədə təhsil alan tələbələrin təhsilinin yaxşılaşması, stimullaşması üçün dərsliklərin təkmilləşməsi barəsində də fikir mübadiləsi aparılacaq: ”Türkologiya bölmələrinin inkişafı üçün avadanlıqların, kitab ləvazimatlarının və daha sonra kitabxanalarıın yaxşılaşdırılması üçün təkliflər müzakirə olunacaq. Daha sonra bu şöbələrdə bakalvr, magistr və aspirantura təhsili ilə, onun imkanları ilə bağlı, digər  ölkələrlə mübadilə olunması məsələləri də müzakirə olunacaq. Türkiyəyə xarici ölkələrdən bu şöbələrə dərs demək üçün müəllimlər dəvət olunacaq. Daha sonra iştirak edən ölkələrin hər biri də bu sahələr üzrə öz təkliflərini də irəli sürə biləcəklər”.