Məlikova Qəribsoltan xanım Həsən bəy qızı

1
133

Həsən bəy Zərdabinin qızı Qəribsoltan xanım Məlikova 1886-cı il iyunun 11-də Zərdab kəndində (indiki Zərdab şəhəri) anadan olmuşdur. Qəribsoltan xanım Tiflisdə qız gimnaziyasını bitirmişdir. Atası Həsən bəyin vəfatından 3 il sonra – 1910-cu ildə o, pedaqoji fəaliyyətə başlamışdır. 1915-ci ildən 1918-ci ilədək Bakıdakı rus-tatar (rus-Azərbaycan) qız məktəbində dərs demiş, 1918-1920-ci illərdə rus qız gimnaziyasında müəllim işləmişdir. Tarixçilərə bir sənəd gəlib çatmışdır: «… İmperator üçüncü Aleksandr adına Birinci Bakı kişi gimnaziyasının Pedaqoji Şurasında bütün sınaqlardan keçmiş … Qərib Soltan Həsən bəy qızı Məlikova xalq məktəblərinin müəllimi adına layiq görülmüşdür». Bu ad təkcə demokrat valideynlərin nailiyyəti olmadı. Bu bütün azərbaycanlı qadınların irəliləyişi, onların oxumaq və başqalarını öyrətmək imkanlarının təsdiqi idi.
Ailə üzvlərinin represiyası səbəbindən Qəribsoltan xanım Gəncəyə gedərək bir müddət burada sakit həyat sürmək istəmişdir. Sovet-alman müharibəsi illərində o, görkəmli bəstəkar Rauf Hacıyevin anası Nanə xanımla doğma Zərdaba yığışır və hər ikisi Zərdab orta məktəbində müəllim işləyir. (R. Hacıyevin anası Nanə xanım da zərdablıdır, 3 yaşında ikən onu Qəribsoltan xanımın anası Hənifə xanım himayəyə götürmüş, doğma balası kimi tərbiyə edib təhsil vermiş, böyütmüş, gəlin köçürmüşdür.)
Qəribsoltan xanım uzun müddət kimsəsiz uşaqların oxuduğu internat məktəbdə dərs demiş, onlara analıq etmişdir. Bu xanım nəinki maaşını həmin uşaqla

Həsən bəy Zərdabinin qızı Qəribsoltan xanım Məlikova
Həsən bəy Zərdabinin qızı Qəribsoltan xanım Məlikova

ra paylayırmış.
Qəribsoltan xanım 1956-cı ilədək müəllimlik fəaliyyətini davam etdirmişdir, 1948-ci ildə “Azərbaycanın əməkdar müəllimi” adına layiq görülmüş, sonralar isə ona “Lenin” ordeni verilmişdir.
Bu cəfakeş xanım ailə həyatı qurmamış, ömrü boyu ədəbi irsi təqib olunmuş, yasaq edilmiş atasının, repressiya qurbanı olan qardaşının, Fransada yaşamağa məcbur olan bacı və qardaşının, yeznəsi Əlimərdan bəy Topçubaşovun, bu üzüntülərə dözə bilməyən anası Hənifə xanımın dərdi ilə yaşamışdir.
Qəribsoltan xanım Məlikova 1967-ci il martın 9-da Bakıda vəfat etmişdir.

1 comment

  1. Allah rehmet elesin,Haci Zeynalabdin taqiyevin qizlari kimi Qeribsoltan xanimda coox cetin ezabli bir omur yashayib,men hemishe demishemki,Azerbaycanda 3 dahi kishi olub,onun birincisi Hesenbey Zerdabidi,Haci Zeynalabdin Taqiyevdi,birde Uzeyir Hacibeyov,Azerbaycan xalqina misilsiz menevi irs qoyub geden bu shexsiyyetlerin,ovladlarinin bashina olazin musibetleri getiribler.

Comments are closed.