“Exit-poll”: İlham Əliyev 83,89 faiz səslə seçkilərdə qalib gəlib

0
47

 İlham ƏliyevQHT Əməkdaşlıq Alyansı Azərbaycanda prezident seçkiləri ilə əlaqədar əhali arasında keçirdiyi “exit-poll”un ilkin nəticələrini açıqlayıb. Zerdab.com xəbər verir ki, bununla bağlı Müstəqil Mətbuat Mərkəzində yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında Alyansın həmsədri Rufiq Qonaqov bildirib ki, aparılan sorğular nəticəsində Azərbaycanın hazırkı dövlət başçısı, YAP-ın prezidentliyə namizədi İlham Əliyev 83,89 faiz səslə seçkilərdə qalib gəlib.

Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə 1,88 faiz, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc 0,98 faiz, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev 1,30 faiz, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev 0,79 faiz, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə 0,71 faiz, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev 0,63 faiz, “Demokratik Qüvvələrin Milli Şurası” Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli 8,20 faiz, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov 0,95 faiz, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu 0,67 faiz səs toplayıb.

Qeyd edək ki, QHT Əməkdaşlıq Alyansı seçki günü ölkə üzrə 125 seçki dairəsində 939 məntəqədə “exit-poll” keçirib və müşahidələr aparıb. Alyansın müşahidəçiləri paytaxtda və ölkənin müxtəlif bölgələrində müşahidə aparıblar.