Zerdab.com saytı xəbər verir ki, MSK Katibliyinin “Seçkilər” İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib ki, saat 12.00-a olan məlumata görə, seçicilərin 1 milyon 894 min 50 nəfəri səsvermədə iştirak edib.
Ölkə üzrə ümumi seçici fəallığı 36,81 faiz təşkil edib.
Qeyd edək ki, ölkə üzrə 125 seçki dairəsi üzrə 5 492 seçki məntəqəsi fəaliyyət göstərir. Seçicilərin ümumi sayı 5 milyon 145 min 643 nəfərdir.
Xatırladaq ki, MSK-nın 115 nömrəli “Qaynar xətt”inə səsvermənin gedişi zamanı baş verən qanun pozuntuları, qeyri-qanuni hərəkətlər, seçici siyahılarında olan problemlərlə bağlı zəng vuraraq məlumat vermək mümkündür.
Ən yüksək aktivlik paytaxtda 44,83 faizlə 14 saylı Xəzər Seçki Dairəsində, ən passivi isə 26,22 faizlə 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsində qeydə alınıb.
Bölgələr üzrə isə 88 saylı Salyan-Neftçala 43,88 faizlə ən yüksək nəticə göstərir. Bölgələr üzrə ən zəif seçici aktivliyi isə 40 saylı Kəpəz II Seçki Dairəsində 27, 1 faizlə olub.
Ölkə üzrə seçicilərin ən zəif fəallığı 21 saylı Nəsimi Seçki Dairəsində 26,64 faizlə müşahidə olunub.