Zərdabda vəfat etmiş şəxsin adına bildiriş göndərilməyib – AÇIQLAMA

1
48

seçki92 saylı Zərdab-Ucar Seçki Dairəsinin Zərdab rayonu ərazisində fəaliyyət göstərən 1 saylı şəhər seçki məntəqəsi tərəfindən dünyasını dəyişmiş Kərimov Səlim Kərim oğluna bildiriş göndərilməsi ilə bağlı bir sıra sosial şəbəkələrdə yayılan məlumatı Dairə Seçki Komissiyası (DSK) araşdırıb.

Adıçəkilən DSK-dan Zerdab.com saytına daxil olan məlumata görə, araşdırma zamanı aydın olub ki, həmin məlumat bir sıra insanlar tərəfindən qərəzli və məqsədli şəkildə yayılıb, heç bir hüquqi əsası yoxdur: “Belə ki, Kərimov Səlim Kərim oğlunun seçici siyahısında adının qarşısında “vəfat etmişdir” qeydi aparılıb. Həmin şəxsin ünvanına göndərilən bildirişin seçki komissiyasına aidiyyəti yoxdur” .

Zerdab.com

1 comment

  1. Bu insanlar ya özləri avamdır,ya da başqalarını avam hesab edirlər.Axı bu bildirişlər hamıya göndərilir və orada ünvan,səsvermə məntəqəsinin nömrəsi,məntəqənin adı,telefon nömrəsi göstərilir.Necə ola bilər ki,bu bildirişin seçki komissiyasına aidiyyatı olmasın.Qaldı qarşısında “VƏFAT ETMİŞDİR”yazılmasına,bu onu göstərir ki,bu rəhmətlik,2010-cu il parlament seçkilərində də,”səs” verib ki,adı hələ də siyahıdan çıxarılmayıb.Məzəniz olsun……

Comments are closed.