Qorxu

1
60

dənizciBir kəndli bir dənizçi ilə söhbət edirdi. Kəndli dənizçidən atasının harada öldüyünü soruşdu. Dənizçi:

– Harada olacaq, dənizdə, – deyə cavab verdi.

– Bəs baban?

– O da dənizdə…

– Babanın atası?..

– O da…

– Atan dənizdə öldü, baban dənizdə öldü, babanın atası dənizdə öldü… Bəs sən hər gün o dənizə çıxmaqdan qorxmursan?..

Dənizçi suala sualla cavab verdi:

– Yaxşı bəs sənin atan harada öldü?

– Harada olacaq, yataqda…

– Bəs baban?

– O da yataqda…

– Babanın atası?..

– O da…

Bu sözləri eşidən dənizçi davam etdi:

– Atan yataqda öldü, baban yataqda öldü, babanın atası yataqda öldü. Bəs sən necə hər gecə o yataqda yatmaqdan qorxmursan?…

 

Mənbə: Ailəm jurnalı

1 comment

  1. Çox gözəl hekayətdir. Sağ olun Nicat bəy. Allah zəhmətinizin əvəzini versin!

Comments are closed.