Prezident seçkilərində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülən İlham Əliyevin Zərdab rayonunda təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir. YAP Zərdab rayon təşkilatından Zerdab.com saytına verilən məlumata görə, oktyabrın 4-də rayonda mədəniyyət işçiləri və gənclərlə görüş keçirilib. Görüş yüksək mütəşəkkillik və fəallıq şəraitində keçirilib. Görüşü YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova açaraq, dünya azərbaycanlılarının həmrəyliyindən, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasından, Azərbaycan Respublikasının uğurlarından, gələcək perspektivlərdən bəhs edib. “Prezident İlham Əliyevin hakimiyyətdə olduğu 2003-2013 – cü illərdə xarici siyasət konsepsiyasında diaspor quruculuğu işinin daha da təkmilləşdirilməsi, dünya azərbaycanlıları arasında ideya birliyinin möhkəmləndirilməsi, ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəldilməsi, onların vahid ideologiya və məqsədlər ətrafında birləşməsi əsas yer tutdu. Cənab İlham Əliyevin verdiyi göstərişlərə əsasən, dövlət orqanları tərəfindən xaricdə yaşayan soydaşlarımız arasında Azərbaycan dilinin qorunub saxlanılmasına və yeni nəslin bu işə qoşulmasına xüsusi diqqət yetirildi, azərbaycanlıların kompakt halında yaşadığı ərazilərdə ana dilimizin tədris olunduğu məktəblər açıldı və həmin məktəblər dərs vəsaiti ilə təmin olundu. Görülən bu işlər bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin həm Azərbaycanda, həm də beynəlxalq arenada fəaliyyəti, qazandığı nüfuz və hörmət dünya birliyi, rəsmi dairələr, nüfuzlu sorğu mərkəzləri, media və araşdırma institutları tərəfindən yüksək qiymətləndirilir. Bu diqqət və qayğını yüksək dəyərləndirməklə, ölkə başçısına minnətdarlığımızı bildirməklə 9 oktyabr Prezident seçkiləri günü hamımız bir nəfər kimi seçki məntəqələrinə gələrək, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə səs verməliyik”,-deyə Pərvin Mahmudova vurğulayıb.
Görüşdə Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin seçki qərargahının üzvləri, Milli Məclisin deputatı, filologiya elmlər doktoru, professor Jalə Əliyeva, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor İsa İsayev, iqtisad elmləri doktoru, professor Damət Bağırov çıxış ediblər.
Seçicilər adından Mədəniyyət işçisi Bəylər Abdullayev, şair Mübariz Səfiyaroğlu, “Əkinçi” qəzetinin əməkdaşı Ələkbər Kərimov çıxış edərək bütün zərdablıları İlham Əliyevə səs verməyə çağırıblar.
Zerdab.com
onunla biz fexr edirik odur bizim ucun qurub yaradan odur bizim geleceyimizi yasamaqimizi dusunen odur bize dinclik sulh eminamanligimizi yaradan o dahi insaninU lu onderin ovladi Ilham Aliyeve ses vereceyik
Comments are closed.