Şəxsiyyətə inam və ümid dolu arzular
Əziz zərdablılar! Biz, Zərdabi yurdunun övladları 9 oktyabr 2013-cü il tarixində keçiriləcək prezident seçkilərində Azərbaycan Respublikasının prezidentliyinə namizəd cənab İlham Əliyevin yenidən Azərbaycan Respublikasının prezidenti seçilməsi üçün yekdilliklə ona səs verəcəyik!
Əziz və hörmətli zərdablılar! Mən Zərdabi yurdunun Bakıda yaşayan ziyalı həmkarlarım adından sizlərə müraciət edirəm. Və tam əminliklə bildirirəm ki, 09 oktyabr 2013-cü il tarixində keçiriləcək Prezident seçkilərində hamımız bir nəfər kimi seçki məntəqələrinə gedəcək, Azərbaycan Respublikasının Prezidentliyinə vahid namizədimiz İlham Heydər oğlu Əliyevə səs verəcəyik!
Çünki o bu etimada, ehtirama layiq olan rəhbər, ali bir şəxsiyyətdir. Möhtərəm İlham Əliyev uzun illər Azərbaycana rəhbərlik etmiş tarixin nadir, müdrik şəxsiyyətlərindən biri olan Heydər Əliyev ailəsində dünyaya gəlmiş, belə bir atanın, Zərifə xanım kimi humanist və qayğıkeş ananın qayğısı altında təlim-tərbiyə almış, böyüyüb boya-başa çatmış, böyük bir idarəçilik, idarəetmə məktəbi keçmişdir.
Nəticə etibarı ilə böyük bir idarəçilik, rəhbərlik qabiliyyətinə malik, dünya iqtisadiyyatı və siyasətini dərindən bilən rəhbər olaraq möhtərəm İlham Əliyevin son 10 ildə həyata keçirdiyi əməli işlər gözümüz qarşısındadır.
Mən həmişə olduğu kimi, bu gün də bir Azərbaycan ziyalısı olaraq ulu öndər Heydər Əliyev kursunun layiqli davamçısı İlham Əliyevi dəstəkləyən bir insanam. Onun Azərbaycanımızı xoşbəxt gələcəyə, işıqlı sabaha aparacağına əmin olduğumu bildirməklə, cənab İlham Əliyev şəxsiyyətinə inam, ümid dolu arzularımı bildirmişəm.
Əziz Zərdablılar, gəlin bir anlığa geri dönək və tarixə nəzər salaq, tarixi yaddaşımızı bir qədər təzələyək.
Kür və Qarasu çaylarının daşması nəticəsində 1978 və 2010-cu illərdə baş vermiş güclü, dağıdıcı fəlakət zərdablıların qadalı, bəlalı günləri kimi yaddaşında qalmışdır.
1978-ci ilin may ayında Kür çayında suyun səviyyəsinin son həddə çatması Zərdab rayonunu ciddi təhlükə qarşısında qoymuşdu. O zaman Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin Zərdab rayonuna gəlməsi, Kürün daşması nəticəsində su basan yerlərə getməsi, daşqının nəticələrinin aradan qaldırılması ilə əlaqədar görülən işlərlə tanış olması, tapşırıq və göstərişlərini verməsi nəticəsində Zərdab su altında qalmaq təhlükəsindən xilas edildi.
Daşqın təhlükəsi 2010-cu ildə özünü bir daha büruzə vermiş, həmin ilin may ayının əvvəlindən etibarən Kür çayının səviyyəsinin kəskin şəkildə qalxması, daşması nəticəsində baş verən təbii fəlakət digər şəhər və rayonlarla yanaşı Zərdab rayonunda da insanları ciddi təhlükə qarşısında qoymuşdu.
Bu zaman Prezident İlham Əliyevin vermiş olduğu tapşırıqların, əməli köməkliyin nəticəsində yaranmış çətinliklər aradan qaldırılmış, daşqınlardan zərər çəkən əhaliyə hərtərəfli yardım göstərilmişdir. Bütün bunlara görə Zərdabi yurdunun hər bir övladı ilk öncə vətəninə, millətinə qayğı ilə yanaşan, onun dərd-sərlərinə şərik olan dövlətinin başçısına minnətdardır.
Bu tarixi yaşamış və o gərgin günləri xatırlayan Zərdab şəhər 1 nömrəli məktəb-liseyin müəllimi, əsl Azərbaycan ziyalısı, “Tərəqqi” medalı ilə təltif olunmuş Firuzə xanım Qocayeva Prezident İlham Əliyevin 2012-ci ilin 08 oktyabr tarixində Zərdab rayonuna səfəri zamanı onunla keçirilən görüşdə çıxış edərkən demişdir:
“Mən şahidi olduğum bir məsələni demək istəyirəm ki, 1978-ci ildə Ulu Öndərimiz Heydər Əliyev, 2010-cu ildə isə Siz Zərdabı və zərdablıları Kür çayının daşması nəticəsində baş vermiş təbii fəlakətdən xilas etmisiniz. Sakinlərimiz o çətin günlərdə dövlətin gücünü və onun rəhbərinin qayğısını bir daha gördülər. Sizin bir çağırışınızla bütün ölkə ayağa qalxmışdı. Doğrudan da, heç bir neçə ay keçmədi ki, bütün fəlakət bölgəsində olduğu kimi, Zərdabda da zərər çəkmiş ailələr üçün yeni qəsəbə salındı, sosial obyektlər inşa edildi, insanlara maddi kömək göstərildi. Zərdablılar bütün bunlara görə bir daha Sizə öz dərin minnətdarlıqlarını bildirirlər”.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin xanımı Mehriban Əliyeva ilə 30 iyun 2006-cı ildə Zərdab rayonuna ilk səfərini biz zərdablılar yaxşı xatırlayırıq. Zərdab sakinləri onları böyük hörmət və ehtiramla, gül-çiçəklə qarşılamışlar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zərdab rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söylədiyi nitqində demişdir:
“Əziz bacılar və qardaşlar!
Əziz zərdablılar!
İndi rayona daxil olarkən görürəm ki, çox gözəl abadlıq-quruculuq işləri aparılır, yollar salınır. Bu məni sevindirir. Çünki hər bir rayonun inkişafı bizim üçün vacibdir və bu, indi Azərbaycan siyasətinin əsas istiqamətlərindən biridir… Sizin rayonunuz abadlaşır, gözəlləşir. Siz bunu məndən yaxşı bilirsiniz, burada yaşayırsınız. Gələcəkdə görüləcək tədbirlər nəticəsində rayon daha da yaxşı gözəlləşəcək, abadlaşacaq, insanlar daha da yaxşı yaşayacaqdır. Mən bunu arzulayıram və bu məramla Zərdaba gəlmişəm”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda (2004-2008-ci illər) nəzərdə tutulan tədbirlərin uğurla həyata keçirilməsi nəticəsində Zərdab rayonunda mühüm işlər görülmüş, böyük uğurlar qazanılmışdır. Cənab Prezident rayonumuzda möhtəşəm Heydər Əliyev Mərkəzinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının binasının, Ağsu rayonundan 72 km məsafədən çəkilmiş təmiz içməli su bulağının və Gənclər Mərkəzinin açılışını etmiş, Heydər Əliyev parkı və Veteranlar evi ilə tanış olmuşdur.
Ölkə Prezidentinin 2011-ci il 6 may və 2012-ci ilin 7 oktyabr tarixlərində, yəni son 2 ildə dalbadal 2 dəfə Zərdaba səfər etməsi rayon rəhbərliyinə və bütövlükdə zərdablılara olan hörmətin, inamın, diqqət və qayğının bariz nümunəsidir. “Zərdab rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığınız 15 oktyabr 2012-ci il tarixli sərəncamla rayona 2 milyon manat vəsaitin ayrılması zərdablıların sevincinə növbəti sevinc qatmışdır.
Əziz zərdablılar, bütün bu qeyd olunan yeniliklər, rayonumuzda aparılan abadlıq-quruculuq işləri, bu işlərin günü-gündən vüsət alması birmənalı olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının dahi Həsən bəy Zərdabi yurduna göstərmiş olduğu dərin hörmətin, diqqət və qayğının təcəssümüdür.
Qeyd etmək lazımdır ki, biz zərdablılar Azərbaycanın dahi şəxsiyyəti Həsən bəy Zərdabi ilə daima qürür hissi düyuruq.
Bu gün Həsən bəy Zərdabi şəxsiyyətinin yetirmələrinə, onun övladlarına verilən qiymət nəinki Zərdab torpağını, bütövlükdə dünya azərbaycanlıları uyuyan, yaşayan yerləri gəzən Zərdabi ruhunun şad olması deməkdir.
Azərbaycan müstəqillik qazanandan, suverenliyini əldə etdikdən sonra xalq Həsən bəy Zərdabinin dahiliyini, böyüklüyünü və xidmətlərini daha dərindən anladı. Azərbaycanın müstəqilliyinin qorunması, onun inkişafı, xalqın gələcəyi naminə var qüvvəsini sərf edən, dünyanın ən müdrik və uzaqgörən siyasətçilərindən sayılan, son otuz ildə respublikamızın bütün sahələrdə sürətlə tərəqqi etməsində böyük xidmətləri olan ümummilli liderimiz Heydər Əliyevin 27 mart 2000-ci il tarixli fərmanı ilə torpaqlarımızın əsl sahibi mövqeyindən çıxış edən “Əkinçi”nin 125 illiyinin və eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 20 iyun 2005-ci il tarixli sərəncamına əsasən, Azərbaycan Milli Mətbuatının 130 illik yubileyinin təntənəli surətdə qeyd edilməsi tarixi bir əhəmiyyət kəsb etməklə yalnız ölkəmizin çoxsaylı mətbuat və informasiya orqanları üçün deyil, bütövlükdə Azərbaycan ziyalıları ilə yanaşı, dünya azərbaycanlıları üçün də böyük bir bayrama, sevincə səbəb olmuşdur.
Həsən bəy Zərdabinin 170 illik yubileyinin yüksək səviyyəsində keçirilməsi, habelə Zərdab rayonunda Həsən bəyin ev muzeyinin əsaslı təmir olunmasına görə ilk növbədə biz zərdablılar cənab prezidentə minnətdarlığımızı bildirməliyik.
Əziz zərdablılar, bizlər yaxşı bilirik ki, Zərdabi yurdundan bir çox tarixi şəxsiyyətlər çıxmışdır. Bu şəxsiyyətləri sadalamaqla, onların keçdiyi həyat yoluna nəzər salsaq, tarixi proseslərdən söhbət açsaq, buna gərək aylarla vaxt ayrılsın. Çünki Zərdabın tarixi şəxsiyyətləri, görkəmli adamları yüzlərlədir. Ümumiyyətlə, Zərdab torpağı kənd və xalq təsərrüfatının bütün sahələri üzrə görkəmli şəxsiyyətlər, tanınmış alimlər yetirmiş, ölkəmizə nüfuzlu el ağsaqqalları, din xadimləri, əmək və müharibə qəhrəmanları bəxş etmişdir. Onlardan Həsən bəy Zərdabini, onun atası Səlim bəyi, babası Rəhim bəyi, vəfalı həyat yoldaşı Hənifə xanım Məlikovanı, oğulları Midhəd bəyi, Səffət bəy Məlikovlları, qızları Pəri xanım Topçubaşovanı, Qəribsoltan xanım Məlikovanı, Həsən bəyin atasının dayısı general-leytenand Fərəc bəy Ağayevi, qardaşı oğlu-ilk azərbaycanlı fizik-professor Rəhim bəy Məlikovu, yaxın qohumları-məşhur və istedadlı aktyor Məhəmməd bəy Məlikov Əlvəndini, akademik Böyükkişi Ağayevi, eyni zamanda, Zərdabın Bıçaqçı kəndindən olan, Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmovu, Dəli Quşçu kəndindən Sosialist Əməyi Qəhrəmanı Seyfi Mehralıyevi, respublikada quruculuq, təsərrüfat, partiya, sovet işlərindəki əmək fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilən, Zərdabdan ilk olaraq Rayon PK-nın I katibi olmuş və uzun illər bu vəzifədə işləmiş Ələddin Həsənovu, Məmmədqasımlı kəndindən olan, adlı-sanlı təsərrüfat rəhbəri Nurəhməd Müzəffərovu, zərdablı Ədliyyə generalı Azər Cəfərovun bir çoxlarının adlarını fəxrlə çəkə bilərik ki, biz Zərdabi yurdunun övladları onlarla fəxr edir və qürur hissi duyuruq.
Nəzərə almaq lazımdır ki, yuxarıda adlarını çəkdiyim və eləcə də adlarını çəkmədiyim yüzlərlə zərdablı şəxsiyyətlərin həyatının işıqlandırılması, xatirəsinin yad ediləsi, onlara müxtəlif fəxri adların verilməsi, ölkənin orden və medalları ilə təltif edilməsi, yüksək vəzifələrə təyin olunmaları Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə onun diqqəti, etimadı sayəsində, verdiyi əmr, qərar, sərəncam və fərmanları ilə dəyərləndirilmişdir.
Əziz zərdablılar, bu ənənə, diqqət və qayğı bu gün Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilməkdədir.
Biz Azərbaycan ziyalıları, Zərdabi yurdunun övladları olaraq Zərdabi ənənələrinə, ideyalarına, arzu və istəklərinə sadiq olaraq, ölkə prezidenti İlham Əliyev cənablarının ətrafında sıx birləşməli, onun uğurla həyata keçirməkdə olduğu daxili və xarici siyasəti dəstəkləməklə xalqımızın, millətimizin daha işıqlı gələcəyi yolunda, bütün sahələrdə üzərimizə düşən işlərin öhdəsindən layiqincə gəlməliyik. Bu, Zərdabi yurdunun hər bir övladının, bütövlükdə hər bir Azərbaycan vətəndaşının ən başlıca vəzifəsidir.
Əziz zərdablılar, Zərdabi yurdunun övladları yuxarıda qeyd etdiyim tarixi hadisələrin qısaca şərhini diqqətinizə çatdırmaqla, Sizlərə müraciət edərək əminliyimi ifadə edirəm ki, 09 oktyabr 2013-cü il tarixində keçiriləcək Prezident seçkilərində hamımız bir nəfər kimi seçki məntəqələrinə gedəcək, Azərbaycan Respublikasının Prezidentliyinə vahid namizədimiz olan İlham Heydər oğlu Əliyevə səs verəcəyik!
Zərdabi yurdunun Bakıda yaşayan ziyalı nümayəndələri, həmkarlarım adından, dərin hörmət və ehtiramla,
Eldəniz Həsənov,
Kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, Zərdabişünas, Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Azərbaycanın dəyərli, ziyalı alimi, professor Eldəniz Həsənov müraciətində Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı İlham Əliyevin Azərbaycan xalqına, o cümlədən Zərdab rayonuna və zərdablılara göstərmiş olduğu tarixi xidmətlər barədə qısaca şərh vermişdir. Mən Zərdab rayonundan olan, Bakıda yaşayan bir ziyalı olaraq qeyd edirəm ki, ümummilli lider Heydər Əliyevin və Prezidentimiz İlham Əliyevin tarixi xidmətləri heç vaxt unudulmayacaq və bu gün İlham Əliyevin Azərbaycanımızın gələcəyi yolunda prezidentlik fəaliyyətini davam etdirməsi üçün biz Cavadovlar ailəsi səsimizi 9 Oktyabr Pezident seçkilərində yalnız ona verəcəyik.
Böyük Zərdabişünas alim professor Eldəniz Həsənov müraciətində deyildiyi kimi Azərbaycanımızın böyük oğlu Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəninə millətinə göstərdiyi xidmətlər əvəzsizdir. Azərbaycanımızın regionda söz sahibi ölkəyə çevrilməsi və dünya dövlətlərinin artıq Azərbaycanla hesablaşması məhz cənab İlham Əliyevin yürütdüyü böyük siyasətin nəticəsidir. Qəlbində vətən millət sevgisi daşıyan hər bir kəs bu uğurları göz ardı etməməli və bu yolda möhtərəm prezidentimizin ətrafında sıx birləşərək Azərbaycanımızın daha güçlənməsi uğruna öz səylərini əsirgəməməlidirlər. Bu baxımdan 09 oktyabr 2013-cü il tarixində keçiriləcək Prezident seçkilərində hər bir Azərbaycan xalqının nümayəndəsi kimi biz Naxçıvan MR torpağından olan Həşimovlar nəslinin nümayəndələridə bir nəfər kimi məhz cənab İlham Heydər oğlu Əliyevə səs verəcəyik. Hörmətlə, Şamxal Həşimov
Zərdabi şünas alim professor Eldeniz Həsənovu şəxsən tanıyıram, onun bu məqaləsinin dəstəkləyirəm.Cənab prezidentimiz İlhaM Əliyevi növbəti seçkidən qalib kimi görmək istəyirəm. İnşallah növbəti prezdentimiz də İlham Əliyev olacaqdır!!!!
Əslən Zərdab rayonundan olan, Professor Eldəniz Həsənovun Bakı şəhərində yaşayan ziyalılar ardından qəbul etdiyi müraciətinə qoşularaq bildirmək istəyirəm ki, 09 oktyabr 2013-cü il tariixdə keçiriləcək prezident seçkilərində biz ziyalılar, Həsənovlar ailəsi birmənalı olaraq Azərbaycan Respublikasının prezidentliyinə namizəd cənab İlham Əliyevi dəstəkləyirik.
Eldəniz müəllimin http://www.zerdab.com saytında gedən müraciətinə qoşularaq, biz Zerdab rayonunun Yarməmmədbağı kəndindən olan, Həsənovlar ailəsi Azərbaycanın işiqlı gələcəyi yolunda müstasna xidmətləri və fəaliyyəti olan cənab İlham Əliyevi görürük və 09 oktyabr 2013-cü il tarixdə keçiriləcək prezident seçkilərində səsimizi birmənalı olaraq bu şəxsiyyətə verəcəyik.
Hörmətlə, Qərib Həsənov
Respublikamızın Şirvan bölgəsində Kür çayının sahilində yerlə-
şən Zərdab rayonunun son illərdəki inkişafı qazandığı nailiy-
yətlər ulu öndərimiz Heydər Əliyevin və onun layiqli davamçısı
cənab İlham Əliyevin adı ilə bağlıdır.Zərdabi irsinin araşdırı
cısı E.Həsənovun rayonun inkişaf tarixini xatırlaması hamının
ürəyincədir.Cənab İ.Əliyevin qayğısı sayəsində indi rayonumuz
respublikanın ən abad guşələrindən birinə çevrilmişdir.Bu ənə
lərin davamı üçün layiqli prezdentimiz İ.Əliyevə səs verəcə-
yik!
Mən Eldəniz Həsənovun yazilarini həmisə izləyən bir ziyali kimi onun bu məqaləsindeki uzaqgörənliyi səmimiyyəti,gələcəyə duzgun baxişi,məntiqi ve mənəviyyati alqişlayaraq onun çağrişina qoşuluram.
9 oktyabr 2013-cu ildə ailəm və yaxin ətrafimla birlikdə
CƏNAB PREZİDENTİMİZ İLHAM ƏLİYEVƏ səs verəcəyik!
Butun Zərdablilari da Zərdabimizin gələcəyinə səs verməyə Çağiriram Hörmətlə Tahir Kərimov
Eldəniz Həsənovun müraciətinə dəstək olaraq məndə bir Azərbaycan gənci kimi Azərbaycanımızın gündən günə çiçəklənməsini məhz Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı İlham Əliyevin adı ilə bağlayıram. Şərhlərdə Şamxal Həşimovun dediyi kimi “Azərbaycanımızın regionda söz sahibi ölkəyə çevrilməsi və dünya dövlətlərinin artıq Azərbaycanla hesablaşması məhz cənab İlham Əliyevin yürütdüyü böyük siyasətin nəticəsidir.” Biz gənclər İlham Heydər oğlu Əliyevi dəstəkləyirik! Yaşasın Azərbaycan gəncliyi Yaşasın ölkəmiz Yaşasın MİLLƏTİMİZ!
Professor Eldəniz Həsənovun müraciətinə dəstək olaraq məndə bir Azərbaycan gənci kimi möhtərəm prezidentimiz cənab İlham Əliyevi dəstəkləyir və vətənimiz bütövlüyü uğrunda ona uğurlar arzulayıram. Zeynalovlar ailəsi olaraq bizdə öz növbəmizdə möhtərəm cənab İlham Heydər oğlu Əliyevi dəstəkləyirik!
Qədirbilən, dəyərli Azərbaycan xalqı, Zərdabi yurdunun övladları!
3 oktyabr 2013-cü il tarixındə “Kaspi” qəzetində dərc olunan, Zerdab.com saytı vasitəsilə yayımlanan “İlham Əliyevə səs verək!” başlıqlı yazımda ulu öndər Heydər Əliyevin, prezidentimiz cənab İlham Əliyevin Azərbaycana və onun kiçik bir parçası olan Zərdaba, Zərdablılara dəryalarca olan xidmətlərindən, qayğılarından bir damla qeyd etmişdik.
Deməliyəm ki, bu şəxsiyyətlərin tarixi xidmətlərinin nəticəsini, onun əks-sədasını bir daha gördük və eşitdik.
Bu gün Azərbaycan xalqının ən sevincli günlərindən, bayramlarından biridir.
Xalqımızın inamı, dəstəyi ilə İlham Əliyev cənablarının 9 oktyabr 2013-cü il tarixində keçirilən prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə Azərbaycan xalqına, o cümlədən Zərdab rayon ictimaiyyətinə gözaydınlığı verir, cənab prezidentimizi təbrik edirəm!
Deyirəm ki, ulu öndərimiz Heydər Əliyevin ruhu şad olsun!
Xalqımıza daha nurlu, işıqlı sabaha doğru İlhamla irəli getməyi arzulayıram!
Hörmətlə,
Eldəniz Həsənov,
Kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, Zərdabişünas, Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Comments are closed.