“Bank-kredit məsələləri – regional KİV-lər və ictimaiyyət”

1
86

lankaran-dayirmi-masa-bank-kivLənkəran şəhərində “Bank-kredit məsələləri – regional KİV-lər və ictimaiyyət” mövzusunda “dəyirmi masa” keçirilmişdir. Tədbir Zərdabi Mətbuat Mərkəzinin və “KredAqro” Bank Olmayan Kredit Təşkilatının (BOKT) birgə həyata keçirdikləri “Azərbaycanın paytaxtında və bölgələrində bank-kredit məsələləri və KİV: mövcud durum, peşəkarlığın artırılması və təcrübə mübadiləsi” layihəsi çərçivəsində baş tutmuşdur. “Dəyirmi masa”da Zərdabi Mətbuat Mərkəzinin sədri, Azərbaycan Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə rəhbərlik etdiyi mərkəz haqqında məlumat vermişdir. Bildirmişdir ki, təşkilat indiyədək iyirmiyə yaxın beynəlxalq və yerli layihəni həyata keçirmişdir. Qeyd olunmuşdur ki, jurnalist təşkilatı 2012-ci ildən başlayaraq “KredoAqro” BOKT ilə birgə layihələr həyata keçirir. Doqquz ayı əhatə edən ilk layihə çərçivəsində Bakı şəhərində “dəyirmi masa”lar, görüşlər təşkil edilmiş, monitorinqlərin nəticələri açıqlanmışdır. Lənkərandakı “dəyirmi masa”nın regionlarda reallaşdırılan ikinci tədbir olduğunu deyən Rəhim Hüseynzadə ilk tədbirin Şəkidə keçirildiyini diqqətə çatdırmışdır.
“KredoAqro” BOKT-nin departament rəhbəri Zaur Əliyev təmsil etdiyi təşkilatın fəaliyyət dairəsi və qazandığı uğurlardan danışmışdır. Bildirmişdir ki, təşkilat “Consultinq Business” işgüzar jurnalı tərəfindən 2012-ci ilin “Bank olmayan kredit təşkilatı” nominasiyasının qalibi kimi “İlin şirkəti” mükafatına layiq görülmüşdür. Bu dəyərləndirmədə təşkilatın media ilə əlaqələrinin nə dərəcədə qurulması da nəzərə alınmışdır. “Dəyirmi masa”da KİV-lərin və bank-kredit təşkilatlarının təmsilçiləri qarşılıqlı əməkdaşlıqla bağlı rəy və təkliflərini bildirmişlər. Qeyd olunmuşdur ki, belə tədbirlərin bölgələrdə keçirilməsi həm media, həm də bank-kredit sahəsi üçün böyük əhəmiyyətə malikdir.
Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.

1 comment

  1. Siz ödəmək üçün kredit lazımdır? Siz şəxsi və ya biznes kredit lazımdır? Müxtəlif məqsədlər üçün kredit lazımdır? Əgər , kredit üçün bu gün bizimlə əlaqə saxlayın. Biz EUR 5,000.000.00 ən böyük kredit təklif edirik. Biz 1-20 il müddəti üçün kredit @ 3% sabit faiz dərəcəsi təklif edir. Aylıq ödəniş başlayır əvvəl iki ay güzəşt müddəti verir. Əgər istəyirsinizsə Belə ki, aşağıdakı formu doldurun və sonra emal üçün mümkün qədər bizə qaytarın.

    Tam adı: ……………….
    Cins: ……………….
    Yaşı: …………………
    Ünvan: …………….
    Şəhər: …………………..
    ölkə: ………………
    Kreditin məbləği: …………..
    Kreditin müddəti : ………….
    Telefon nömrəsi: …………….
    Peşə, sənət: ……………….
    aylıq gəliri: …………..
    Kreditin məqsədi: ……………..
    Sizdən əvvəl bir kredit üçün müraciət etmisinizmi? ………….

    Sonra biz sizin tətbiqi, kredit aldıq, aylıq ödəniş hesablanır və hesab məlumat daxil olmaqla, sizə göndərilmiş , aylıq ödəniş (vaxt iki (2) ay güzəşt dövrü) ödəmək və bütün emal sənədləri ( məsələn, göndərmək müqavilənin təsdiq edilməsi , qeydiyyat alınması, transfer, və s.) Biz sizə Kreditin müddəti ərzində məlumat və yenilənir davam edəcək.
    juliusbeckerfinancialhelp@gmail.com
    Cavab gözləyirəm.
    Hörmətlə,
    Cənab Julius Becker .
    Douglas SMI

Comments are closed.