Zərdabda Gur-Gur adlı kənd ötən əsrin əvvəllərində indiki Otmanoba kəndi meşəsinin içində olmuşdur, indi də oradakı keçmiş yurd yerləri qalır. Kənd ağsaqqalları xatırlayırlar ki, keçən əsrin 30-cu illərində burada 65 ev vardı. Sonralar kənddə qanlı düşmənçilik səbəbindən ardıcıl olaraq qarşılıqlı qətl hadisələri baş vermiş, nəticədə əksər ailələr başqa yaşayış məntəqələrinə köçüb getmiş, kənddə 16 ev qalmışdır. Bu gün isə Gur-Gur deyilən ərazidə 7 ailə yaşayır, bununla belə bu ailələr də Otmanoba sakini sayılırlar. Ağsaqqallar deyirlər ki, kəndin adı bir zamanlar qonşuluqdakı Əlvənd kəndi Şirvanın paytaxtı olan vaxtlarda burada da çoxlu ailələrin yaşaması, həyatın, insanların gur olması ilə əlaqədar yaranmışdır. Kəndin ərazisində arxeoloji qazıntılar aparılması çox vacibdir. Çünki yerli sakinlər ötən dövrlərdə bir vaxtlar liman və Kür çayından bərə-keçid kəndi olan Gur-Gur ərazisində təsərrüfat işləri zamanı saysız-hesabsız və çox qədim məişət və mədəniyyət nümunələri tapmışlar. Ardıcıl Kür daşqınları səbəbindən kəndin qəbristanlığı bir neçə dəfə başqa ərazilərə köçürülmüşdür.
Gur-Gurun yer üzündən silinməkdə olan bir qəbristanlığında 1703-cü ilə aid daş məzar-başdaşı bu gün də mövcuddur.
Kəndin yaxınlığında Gur-gur meşəsi də mövcud olmuşdur. Həmin meşədən çəkilmiş fotoları sizə təqdim edirik.
Fotoları Zerdab.com saytına təqdim etdi İsaməddin Əhmədov. Əgər sizdə də maraqlı fotolar varsa, nicat_i@yahoo.com emailinə göndərə bilərsiniz.
ghujg
Comments are closed.