9 oktyabr Prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) təbliğat-təşviqat qrupunun təşkilatçılığı ilə oktyabrın 27-də Zərdab Şəhər Mərkəzi Stadionunda geniş tədbir keçirilib. Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatından Zerdab.com saytına bildirilib ki, mitinqdə 5 min nəfər iştirak edib. Tədbiri YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova açıb və seçiciləri salamlayıb. Pərvin Mahmudova son illər ölkəmizin inkişafı istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən bəhs edib.
Pərvin Mahmudova bildirib ki, Azərbaycanın hər bir yerində, hər bir bölgəsində olduğu kimi, Zərdab rayonunda da İlham Əliyev siyasəti dəstəklənir və bu dəstək Prezident seçkilərində özünü biruzə verəcək.
Pərvin Mahmudovanın sözlərinə görə, 9 oktyabr seçkilərində seçicilərin əksəriyyəti YAP-ın namizədi İlham Əliyevə səs verməklə, özlərinin gələcəyini təmin edəcəklər.
Təbliğat qrupunun üzvlərindən Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor İsa İsayev, Milli Məclisin deputatı, filologiya elmlər doktoru, professor Jalə Əliyeva, iqtisad elmləri doktoru, professor Damət Bağırov və Zərdab rayon Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə orqanları Şurasının sədri Hüseyn Həsənov çıxış ediblər.
Zerdab.com
Zerdab.com
Biz gencler Ilham Eliyevi desdekleyirik
biz tibb iscileri hamiliqla Ilham Aliyeve ses vereceyik basqa prezdintliye namizetleri istemirik gelin bir anliq dusuneyin hansi prezdentliye namizetler Ilham Aliyev kimi olacaqlar Ilham Aliyev kimi hec kim qurub yaratmayacaq xalqinin qeydine qalmayacaq xalqinin rahat yasamasini yaratmayacaq ancaq ancaq Ali Bas Komandamiz Ilham Aliyev ede biler gelin qelbimizin sesini dinleyek dogru olani edek
Comments are closed.