Zərdab rayonunun Dəkkəoba kəndinə mavi yanacağın verilməsi münasibətilə açılış mərasimi keçirilib. Zərdab RİHB Aparatının informasiya təminatı və təhlil sektorundan Zerdab.com-a verilən məlumata görə, açılış mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev, “Azəriqaz” İstehsalat Birliyinin şöbə rəisi Araz Ağayev, kənd ictimaiyyəti, ağsaqqallar iştirak ediblər.
Tədbirdə bildirilib ki, ümumilikdə 288 abonenti olan kəndin qazlaşdırılması məqsədilə 27600 p/m uzunluğunda müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 288 sayğac və fərdi tənzimləyici quraşdırılıb. 1 ədəd qazpaylayıcı şkaf quraşdırılıb.
Bu, artıq Zərdab şəhər, Qaravəlli, Qoşaoba, Təzəkənd, Dəli Quşçu kəndlərindən, Qumlu və “32 hektar” adlanan yaşayış məntəqələrindən sonra rayonun qazla təmin olunan növbəti yaşayış məntəqəsidir. Hazırda rayonun 9 kəndinə mavi yanacağın verilməsində son tamamlama işləri aparılır.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev son illər respublikamızda, o cümlədən rayonumuzda görülən işlərdən danışıb. Natiq bölgələrimizin, o cümlədən də Zərdabın sürətlə inkişaf etdiyini qeyd edib, qazlaşmanın əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində atılan mühüm addımlardan biri kimi qiymətləndirib, kənd sakinlərini bu münasibətlə təbrik edib.
Çıxış edənlər ölkə rəhbərinə rayonumuzun inkişafına göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Zerdab.com
Zerdab.com
bəs s kəndlərinə nə vaxt
Bes Calli kendine ne vaxt qaz cekilecek Qaz xetti Calli kendin Erazisinde kecir amma kendde qaz yoxdu biz ne vaxt sevineceyik?????????
Comments are closed.