Yeni Azərbaycan Partiyası (YAP) Zərdab rayon təşkilatının seçki qərargahı 25.09.2013-cü il tarixdə Burunlu, Məlikli kəndlərində seçicilərlə görüş keçirib. Bu barədə Zerdab.com saytına Yeni Azərbaycan Partiyası (YAP) Zərdab rayon təşkilatından məlumat verilib. Görüşdə təşkilatın sədri Pərvin Mahmudova son illər ölkəmizdə görülən işlərdən, əldə olunan uğurlardan söz açıb. Pərvin Mahmudova deyib ki, Azərbaycanın inkişafının qarantı İlham Əliyev və onun yürütdüyü uğurlu siyasətdir. Pərvin Mahmudova bildirib ki, bu siyasətin nəticəsi olaraq Azərbaycanı yeni qələbələr, yeni uğurlar, yeni nailiyyətlər gözləyir: “İnanırıq ki, həmişə olduğu kimi, başladığımız bütün yollar qələbə ilə yekunlaşdığı kimi, qədəm qoyduğumuz bu yol da qələbə ilə yekunlaşacaq. İnanırıq ki, sizinlə birlikdə cənab İlham Əliyevin növbəti qələbəsini qeyd edəcəyik. Çünki xalq ona inanır. İlham Əliyev də xalqına güvənir”.
Görüşdə Milli Məclisin deputatı, filologiya elmlər doktoru, professor Jalə Əliyeva, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor İsa İsayev, iqtisad elmləri doktoru, professor Damət Bağırov çıxış ediblər. Seçicilər adından Suvarma Sistemləri İdarəsinin işçisi Feyruz Əzizov, kənd orta məktəbin müəllimi Kamil Bəşirov və başqaları fikirlərini bildiriblər. Qeyd edək ki, Burunlu, Məlikli kənd əhalisinin sayı 2614, seçicilərin sayı 1621 nəfərdir.
Zerdab.com