YAP Zərdab rayon təşkilatının seçki qərərgahı Körpükənd kəndində seçicilərlə görüş keçirib. Təşkilatdan Zerdab.com saytına daxil olan məlumata görə, tədbiri giriş sözü ilə YAP rayon təşkilatının sədri Pərvin Mahmudova açıb. Pərvin Mahmudova ölkəmizdəki inkişafdan danışıb və qeyd edib ki, ölkəmizin inkişafının qarantı İlham Əliyevdir. Görüşdə seçki qərargahının üzvlərindən Zərdab rayon Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə orqanları veteranları Şurasının Sədri Hüseyn Həsənov, Gəlmə kənd orta məktəbin direktoru Gülağa İsgəndərov, Hüseynxanlı kənd məktəbinin direktoru Məkkə Həmidova, Əməkdar müəllimə Sara Sultanova, Rayon ziyalısı, sahibkar Zabit Davudov, YAP Zərdab rayon Gənclər birliyinin fəal üzvü İlkin Əliyev çıxış ediblər. Seçicilər adından Körpükənd kənd orta məktəbin direktoru Rüxsarə Eminova, kənd ağsaqqalı, torpaq mülkiyyətçisi Tapdıq Əliyev və başqaları çıxış etdilər. Qeyd edək ki, Körpükənd kəndində əhalinin sayı 1514, seçicilərin sayı isə 947 nəfərdir.
Zerdab.com