16 sentyabrdan etibarən başlayan təbliğat-təşviqat kompaniyası YAP Zərdab rayon təşkilatının seçki qərargahı tərəfindən davam etdirilir.
YAP Zərdab rayon təşkilatından Zerdab.com saytına daxil olan məlumata görə, seçki qərargahının təbliğat qrupu 21 sentyabr tarixdə seçicilərlə növbəti görüşünü rayonun Gödəkqobu kəndində keçirib. 1500-dən çox əhalisi, 950 nəfərdən çox seçicisi olan Gödəkqobu kəndinin əksəriyyətinin iştirak etdiyi tədbir seçicilərin yüksək əhval-ruhiyyəsi və Yeni Azərbaycan Partiyasının vahid namizədi İlham Əliyevin qələbəsinə çağıran şüarlar, plakatlar və çağırışlarla müşahidə olunub.
Tədbiri giriş sözü ilə açan YAP rayon təşkilatının sədri Pərvin Mahmudova görüş iştirakçılarına respublikanın mövcud ictimai-siyasi durumu, ölkədə 10 il ərzində həyata keçirilən daxili və xarici siyasət nəticəsində əldə olunan uğurlar, nailiyyətlər, respublikanın beynəlxalq aləmdəki nüfuzu, əhalinin durmadan artan, yüksələn sosial rifahı, vəhdət şəklində həyata keçirilən iqtisadi və siyasi islahatlar, eləcə də İlham Əliyevin rəhbərliyi ilə növbəti illərdə həyata keçiriləcək möhtəşəm layihələr, qarşıda duran perspektivlər barədə məlumat verdi.
Görüşdə daha sonra Zərdab rayon seçki qərargahının üzvlərindən Zərdab rayon Müharibə, Əmək, Səlahlı Qüvvələr və Hüquq Mühafizə orqanları veteranları Şurasının sədri Hüseyn Həsənov, YAP Zərdab rayon təşkilatının Aparat rəhbəri İman Zeynalov, Gəlmə kənd orta məktəbin direktoru Gülağa İsgəndərov, Hüseynxanlı kənd məktəbinin direktoru Məkkə Həmidova, YAP Zərdab rayon Gənclər birliyinin fəal üzvü İlkin Əliyev, Zərdab rayon Uşaq və Ailələrə dəstək Mərkəzinin direktoru Könül Həsənova geniş məzmunda çıxış edərək, öz ürək sözlərini seçicilərlə bölüşdülər.
Tədbirin sonunda seçicilər adından kənd ağsaqqalı Xalid İxtiyarov, kənd tam orta məktəbin direktoru Sahid Mürşüdov və başqaları çıxış etdilər.
Çıxışlarda Azərbaycan xalqının mütləq əksəriyyətinin vahid namizədi, xalqımızın ləyaqətli və qüdrətli oğlu cənab İlham Əliyevin qələbəsinə inam, ona böyük xalq məhəbbəti, dərin ehtiram hissləri səsləndirilərək, 9 oktyabrda İlham Əliyevin öz xalqı tərəfindən ən yüksək səviyyədə dəstəklənən Prezident olduğunun bir daha subuta yetiriləcəyi bildirildi.
Zerdab.com
elbetde ki bizim bir prezdentimiz var oda cenab prezdentimiz Ilham Aliyevdirdir dunen televizorda prezdentliye namizetleri gosterdiler o dava dalas salanlar bir birleri ile mubahize aparanlar allah asqina deyin bizim prezdentimiz ola bilermi yox onlarin her biri prezdent olarsa bizim vetenimizin axri olar gelin yuz olcub bir bicek bir anliq kecmisi xatirlayaq o gunereleri yasamaq istemirikse ancaq ve ancaq ali bas komandanimza cenab prezdentimize Ilham Heyder oglu Aliyeve ses verek
Comments are closed.