Qoca qatara yenicə minmişdi ki, ayaqqabısının bir tayı ayağından çıxdı və qatar relsinin üstünə düşdü. Artıq onu götürmək də mümkün deyildi. Çünki qatar çoxdan hərəkət etmişdi. Yanındakılar qocanın nə edəcəyini görmək üçün maraqla ona bxırdılar. O isə sakit bir şəkildə ayaqqabısının o biri tayını da çıxartdı və ayaqqabısının əvvəlki tayının yanına atdı. Yanındakılardan biri dözə bilməyib: “Niyə belə etdiniz?”-deyə qocadan soruşdu. Qocanın cavabı isə həm çox sadə, həm də çox mənalı idi: “Relsin üstündəki ayaqqabının bir tayını bir yoxsul tapsa, o biri tayını da tapıb geysin deyə”…