Şəcərə mövzusunda daha bir açıqlama

0
57

Zerdabi ailesiHəsən bəy Zərdabinin şəcərəsinin tərtibi ilə bağlı yaranmış vəziyyətə dair yazıda adı çəkilən Xanlar bəyin nəvəsi Cəmil Əsədovdan növbəti açıqlama. Zerdab.com saytı bu məktubu da olduğu kimi təqdim edir: “Salam, Eldəniz müəllim! Mən qeydlərimin əvvəlində Sizə minnətdarlığımı bildirmişəm və tarixi materialların toplanmasının nə qədər çətin iş olduğunu da təsəvvür edirəm. Sizə tutduğunuz yolda uğurlar diləyir və monoqrafiyanızın tezliklə işıq üzü görməsini arzulayıram. O ki qaldı, mənim “hələ ki, xahiş edirəm” sözlərimə görə “sevinməyinizə”… Birincisi, bu söz təkcə Sizə ünvanlanmamışdı. O sırada saytın admini də vardı, mənim çox hörmət etdiyim əziz dostum Nicat da vardır. Sayt rəhbərliyi saytdakı yazıya iradların müəllifin fikri olduğunu və tezliklə buna muəllifin fikir bildirəcəyini bildirmişdilər və məncə də onlar haqlıdırlar. Sizin də fikrinizi oxudum. Amma mənim istəyim Cəmilə xanım baradə gedən abzasın saytdakı yazıdan götürülməsidir. Bunu bu gün səhər Sizin və mənim çox hörmət etdiyimiz dəyərli ziaylımız və ortaq dostumuza da bildirmişəm. Məncə, Sizin razılığınızla sayt rəybərliyi bunu asanlıqla edə bilər.
O ki, qaldı dəqiqləşməyə, məncə, bunu yazı sayta getməmiş də etmək olardı. Belə ki, Sizin bəzi məqamlarda istinad etdiyiniz Sara xalanın adını və ünvanını bizim ortaq dostumuza mən vermişəm və təkrar bir telefon zəngi ilə dəqiqləşmə aparmaq olardı.
Sonda, istəməzdim ki, mənim 3 kəlmə sözum Sizin tərəfinizdən əməyinizə verilən qiymət kimi səslənsin və bununla mənim Sizin əməyinizi aşalamağımı fikirləşəsiniz. Bu heç də belə deyil. Mən sadəcə, nənəmə və onun anasına qarşı qeyri-dəqiqliyin aradna qaldırlmasını, babamın hansısa bir oglan kimi deyil Xanlar bəyin oğlu kimi göstərilməsini, əmimin adının düzgün yazılmasını xahiş etmişəm. Bu xahişim də qüvvəsində qalır. Bunu saytda kim edəcək – Sizmi, saytın rəhbərliyimi – mənim üçün az fərq edər. Qeyd etdiyim abzasın saytdan götürülməsi xahişim qüvvəsində qalır və əminəm ki, bu tezliklə ediləcəkdir. Bir daha saytın bütün əməkdaşlarına, Sizə öz hörmətimi bildirir, işlərinizdə uğurlar arzulayıram”.