Süfü nənənin 125 yaşı var. Deyir ki, ötən illər ərzində çox hakimiyyətlər, çox rəhbərlər görmüşəm. Hər birinin də həm yaxşı, həm də pis tərəfləri olub. Amma mən şahidi olmuşam ki, Azərbaycanı ən gözəl günlərə Heydər Əliyev çıxarıb. O kişinin dövründə kəndlər pambığın, baramanın, taxılın, mal-qaranın sayəsində çox varlandı. Heydər Əliyevə qədər kənd camaatının çoxu daxmadan az fərqlənən alçaq evlərdə yaşayıdı. O evlərin döşəməsi adi torpaq idi, yeri – evin içini şirələyib yerə xaral, olsaydı palaz salıb orada yaşayırdıq. Amma Heydər Əliyevin gəlişi ilə camaat ən çox da pambıq və baramadan yaxşı pul qazandı, yaxşı evlər, tövlələr tikdi, camaatın mal-qarası birə-beş artdı.
İndi o kişinin yolunu oğlu İlham Əliyev çox gözəl, atasına layiq bir şəkildə davam etdirir. Bütün camaatımız İlham Əliyevdən razıdır, çünki o həmişə pensiyamızı, işçilərin maaşını artırır, kəndlərə qaz, su çəkdirir, yollara asfalt vurulmasına ciddi fikir verir. Adamlar heç kəsdən qorxub-çəkinmədən əkin əkir, mal-qara saxlayır, alver edir. Mən şahidiyəm ki, bir zamanlar kişinin qapısında iki inək olanda hökumət nümayəndəsi brini gəlib aparırdı. Elə vaxt olub ki, ailənin döşəyindən yunu çıxarıb aparıb hökumətə təhvil veriblər. Ağır aclıq illərində kişinin öz həyətində yetişdirdiyi taxılı əlindən alıb fonda təhvil verirdilər, kimisə cəzalandırmaq istəyəndə həyətindəki bircə çəllək, ya antenna borusu bəs edirdi ki, — hardan almısan? – deyib, o adamı həbsxanaya salsınlar. Bir sözlə, mənim ağrı-acılı və əzab-əziyyətli də, gözəl günlərim də çox olub. Amma nə gizlədim, indiki cavan nəsilə həsəd aparıram, çünki Azərbaycanın gözəl günləri hələ irəlidədir. İlham Əliyev Azərbaycanı getdikcə cənnətə çevirir, sağlıq olsun, 5-6 ilə ölkəmiz tamamilə cənnətə çevriləcək, mənim də ən böyük dərdim olan Qarabağ torpağını da İlham Əliyev geri alacaq, çünki o, Heydər Əliyevin oğludur. O bizim inandığımız, güvəndiyimiz rəhbərdir.
Mən bundan əvvəlki 4 seçkinin ikisində Heydər Əliyevə, ikisində isə İlham Əliyevə səs vermişəm. İndi də deyirlər seçki oktyabrın 9-da olacaq. Mən demişəm, yenə də deyirem ki, ən çox güvəndiyim rəhbərə–Azərbaycanı ürəklə, cəsarətlə yeni qələbələrə aparan, atasının yolunu ləyaqətlə davam etdirən İlham Heydər oğlu Əliyevə səs verəcəyəm. Çünki o, Azərbaycan, doğma xalqımız üçün çox gözəl və xeyirxah işlər görür, kənd camaatına isə həmişə daha çox qayğı göstərir.
Hamı da arxayın olsun ki, bu seçkilər də çox düzgün, şəffaf, ədalətli olacaq, həmişəki kimi hamının, o cümlədən biz ağbirçəklərin də seçkilərdə iştirakına hər cür şərait yaradılacaq.
Sağlıq olsun, oktyabrın 9-da Prezidentimizi yenidən seçəcək, ona səs verəcək və uğurlar diləyəcəyik!
Məlikli kəndinin 125 yaşlı sakini Süfü Mikayıl qızı Bayramova ilə söhbət etdi: kəndin sakini Şamo HÜSEYNOV.
Yazını Zerdab.com saytına göndərdi: İsaməddin Əhmədov.
Ay qəhrəman nənə! Allah sənə möhkəm cansağlığı versin, hələ neçə prezident seçkilərində səs verəsən! Ona görə qəhrəman deyirəm ki, sənin yaşının heç 1/3-ni yaşamamışam, amma möhkəm yorulmuşam..Yazıda əməyi olan hər kəsə səmimi təşəkkür edirəm. Səhər-səhər böyük ruh yüksəkliyi verdi..
Comments are closed.