Bu il 135 məzunumuz tələbə olub, 6 nəfər 600-dən çox bal yığıb – fotolar

4
48

Zərdab rayonuDünən axşam saatlarında Zərdab şəhərinin Heydər Əliyev parkında 2013-cü ildə ali məktəblərə qəbul olmuş məzunlarla rayon rəhbərinin görüşü olub. Tədbirdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev çıxış edərək bildirib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində son illər respublikamızın bütün regionlarında olduğu kimi Zərdab rayonunda da təhsilin inkişafı istiqamətində xeyli iş görülüb. Son 10 ildə rayonumuzda 13 yeni məktəb binası tikilib istifadəyə verilib, 1 məktəb əsaslı təmir edilib, hazırda 4 məktəb, o cümlədən Çallı kəndində 360, İsaqbağı kəndində 220, Aşağı Seyidlər kəndində 80, yeni qəsəbədə 132 şagird yerlik yeni məktəb binaları açılış üçün tam hazırdır. L. Babayev qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən TQDK tərəfindən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının bölgələrdə keçirilməsi rayon ictimaiyyətinin böyük sevincinə səbəb olub, məzunlar da ölkə başçısının bu diqqət-qayğısına əldə etdikləri yüksək nəticələrlə cavab veriblər. Belə ki, 2013-cü ildə rayonun 135 məzunu müxtəlif ali məktəblərə qəbul olunub, onlardan 6 nəfəri 600-dən çox bal toplayıb.

Görüşdə Zərdab Rayon Təhsil Şöbəsinin müdiri Baba Babayev, qəbul imtahanlarında 600-dən çox bal toplamış tələbələr, onların valideynləri çıxış edərək ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezidentimiz cənab  İlham Əliyevə öz səmimi minnətdarlıqlarını bildiriblər.

Sonda 600-dən çox bal toplamış tələbələrə qiymətli hədiyyələr verilib və onların şərəfinə böyük konsert proqramı təşkil edilib.Zerdab

Zərdab rayonu

Zərdab rayonuZərdab rayonu Zərdab rayonuZərdab rayonuZərdab rayonuZərdab rayonuZərdab rayonuZərdab rayonuZerdabZərdab rayonuZerdab

4 ŞƏRH

  1. Bu tedbirlerin kecirilmesinde Zerdab rayon Icra Hakimiyyetinin bawcisi Cenab Lutveli Babayeve oz tewwekurumu bildirirem cox sag olsun ki bele tedbirler kecirdir.INWALLAH bunan sorada wagirdlerimiz daha yuksek naliyyetler elde etsinler Zerdabimizin adini yuksetsinler. Hormetle: Suleyman Ozcelik

  2. amma hediyyenizden olmazdi,dordyoldaki dukanda 18 manata doludu,sederekde yeqin 14 manat olar.

Comments are closed.