Zərdabda pambıq əkini azalıb

0
38

Pambıq yığımıZərdab rayonunun pambıqçılıqla məşğul olan torpaq mülkiyyətçiləri məhsul yığımına başlayıblar. Rayon icra hakimiyyətindən AzərTAc-a verilən məlumata görə, bu il 475 hektar sahədə pambıq səpilib. Sahələrdə əsasən “Ağ qızıl-20”, “Ağ qızıl-18” sortları əkilib.
Məhsul yığımı kampaniyasına 200 nəfərədək işçi qüvvəsi, 2 pambıqyığan kombayn, habelə digər texnikalar cəlb olunub. Toplanan məhsul əsasən “Zərdab-pambıq” və “Ucar-pambıq” Açıq Səhmdar cəmiyyətlərinə satılır.
Bu il hər hektardan 20-25 sentner məhsul götürüləcəyi gözlənilir.

Qeyd edək ki, bir vaxtlar Zərdab rayonunda pambıq sahələri indikindən ən azı bir neçə dəfə çox olub. Bunun isə ən birinci səbəbi ağ qızılın dünya bazarında ucuzlaşmasıdır. Yaranan digər çətinliklər də fermerlərin bu sahəyə marağını azaldıb.