Su verməzlər…

0
41

telekanallarDəvəsi ilə səhrada gedən bir bədəvi taqətdən düşmüş, dodaqları susuzluqdan qurumuş bir adama rast gəldi. Adam onu görən kimi su istədi. Bədəvi dəvəsindən düşüb ona su verdi. Adam suyu içəndən sonra bədəvini itələdi və dəvəyə minib qaçmağa başladı. Bədəvi isə oğrunun arxasınca qışqıraraq: “Dəvəni apar, ancaq səndən bir xahişim var. Bu hadisəni heç kimə danışma”, – dedi. Oğru dayanıb təəccüblə səbəbini soruşdu. Bədəvi isə: “Əgər danışsan, bu söz hər yerə yayılar, bundan sonra heç kim səhrada susuz qalana su verməz”, – deyə cavab verdi…

P.S. Bu yazını redaktorlar, telekanallarımızın rəhbərləri oxusalar yaxşıdır. Hər gün iyrənc-iyrənc xəbərləri təkrar-təkrar gözümüzə soxduqları üçün.