Zərdabda əhalinin sayı 55 min 533 nəfər oldu

0
46

körpe2013-cü ilin 1 iyul tarixinə olan məlumata görə, Zərdab rayonunda əhalinin sayı 55 min 533 nəfər olub. Bu barədə Zərdab rayon Statistika İdarəsi məlumat yayıb. Bu ilin 6 ayında rayonumuzda əhalinin sayı 184 nəfər, yəni 0,3 faiz artıb. Rayonumuzda əhalinin 49,9 faizini kişilər, 50,1 faizini qadınlar təşkil edir. Hesabat dövründə 320 doğum, 170 ölüm qeydə alınıb. Təbii artıb 150 nəfər olub. 2 nəfər 1 yaşa qədər ölüm qeydə alınıb.

Həmin dövrdə 190 nikah, 35 boşanma qeydə alınıb.

Zerdab.com