Sumqayıta qonaq gələn zərdablı ailəsi faciə ilə üzləşib. Bu barədə Zerdab.com saytı Sumqayıt Şəhər Polis İdarəsinə istinadən məlumat yayıb. Xəbərə görə, Sumqayıtda azyaşlı uşaq 6-cı mərtəbədən yıxılaraq ölüb. Belə ki, avqustun 16-da Zərdab rayon sakini, azyaşlı Arzu Daşdəmirova Sumqayıt şəhərində qonaq olduğu dayısı Rahil Abdulovun yaşadığı 9 mərtəbəli binanın 6-cı mərtəbəsindən yıxılaraq ağır bədən xəsarətləri alıb. Vəziyyəti ağır olduğundan xəstəxanaya yerləşdirilən uşaq orada ölüb. Faktla bağlı araşdırma aparılır.
Zerdab.com
Allah Rehmet elesin
Comments are closed.