Zərdab rayonunda ən çox ərizə yazılan kəndlərin siyahısı məlum oldu

0
43

Bəlli olduğu kimi, yerlərdə əhalini narahat edən məsələlər həllini tapmadıqda vətəndaşlar öz problemlərini həll etmək üçün Rayon İcra Hakimiyyətinə və digər rəhbər orqanlara müraciət edirlər. www.zerdab.com saytının məlumatına görə, ötən il Zərdab rayonunda ayrı-ayrı icra nümayəndəlikləri üzrə daxil olan ərizə və şikayətlərin sayı 2010-cu ilə nisbətən xeyli artıb. www.zerdab.com saytının rəsmi rəqəmlərə istinadən apardığı hesablamalar göstərir ki, 2011-ci ildə ən çox ərizə və şikayət daxil olan inzibati ərazi vahidi Bıçaqçı olub. Belə ki, Bıçaqçı kəndindən 101, o cümlədən yuxarı orqanlara 39 ərizə və şikayət daxil olub. İkinci yerdə Alıcanlı kəndi gəlir. Alıcanlıdan 91, o cümlədən yuxarı orqanlara 27 ərizə ünvanlanıb. Məlikli kəndindən 65, o cümlədən yuxarı orqanlara 29 şikayət məktubu yazılıb. Körpükənddən 61 (yuxarı orqanlara 26), Şıxbağından 47 (yuxarı orqanlara 29), Dəli Quşçudan 37 (yuxarı orqanlara 29), Älibəylidən 33 (yuxarı orqanlara 8), Zərdab şəhərdən 727 (yuxarı orqanlara 402) ərizə və şikayət məktubu ünvanlanıb.