Zərdab rayonunun Böyük Dəkkə kənd körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib. Mərasimdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev iştirak edib. Lütvəli Babayev bildirib ki, son illərdə respublikamızda gedən abadlıq, quruculuq və yenidənqurma işləri rayonumuzdan da yan keçməyib. Bildirilib ki, kənd əhalisi ilə rayon rəhbərinin 14 mart 2013-cü il tarixdə keçirilmiş görüşündə sakinlər kəndə təbii qaz xəttinin çəkilişi və kənd uşaq bağçası-körpələr evinin təmiri, mebel və mətbəx əşyaları ilə təminatı təklifi ilə çıxış ediblər. Artıq kəndə təbii qaz xətti çəkilib və yaxın günlərdə istifadəyə veriləcək. Kənd uşaq bağçası-körpələr evinin binası isə əsaslı təmir olunmaqla yanaşı, təzə mebel, mətbəx əşyaları və digər zəruri avadanlıqlarla təchiz edilib və kənd sakinlərinin istifadəsinə verilib.
Çıxış edən kənd sakinləri onlara göstərilən bu diqqət və qayğıya görə ölkə rəhbərinə öz dərin minnətdarlıqlarını bildiriblər. Kənd sakinləri bildiriblər ki, qarşıdan gələn mühüm siyasi kampaniya – prezident seçkilərində xalqın ən layiqli namizədinə – İlham Heydər oğlu Əliyevə səs verəcəklər. Sonda tikintidə çalışanlara və bu il bağçadan məktəbə gedən uşaqlara hədiyyələr verilib.
Zerdab.com
Bu güne qeder Zerdaba Lütveli Babayev qeder işleyen ikinci icra başçısı gelmeyib. Bunu görmezliye vurmaq olmaz. Adamın üstünde Allah var.
— əməlləri hər kəsə məlumdur.Siz zehmet cekmeyin.
Comments are closed.