Zərdab rayonunun 8 kəndində poçt şöbələri üçün yeni binaların inşa edilməsi nəzərdə tutulur. www.zerdab.com saytı xəbər verir ki, ilk növbədə Əlvənd, Şəftəhal, Kəndəbil, Təzəkənd, Hüseynxanlı kəndlərində poçt şöbələri üçün yeni inzibati binaların tikilib istifadəyə veriləcəyi gözlənilir. Növbəti mərhələdə isə Bıçaqçı, Yarməmmədbağı və Xanməmmədli kəndlərində sözügedən dövlət obyektləri üçün binalar tikiləcək. Məsələ ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi qarşısında məsələ qaldırılacaq. Qeyd edək ki, indiyədək Zərdab rayonunun bir neçə kəndində poçt şöbələri üçün yeni binalar inşa edilib. Yeni inzibati binaların istifadəyə verilməsi əhaliyə xidmətin səviyyəsini yüksəldir.
www.zerdab.com