Zərdab rayonuna bahar hələ indi gəlir? – təəccüb

2
67

 giriş qapısı“Yadınızdadırsa, bir müddət əvvəl Zərdab rayonunun girəcəyində – Heydər Əliyev prospektində elektron idarəetmə tipli giriş qapısı quraşdırıldı və təmtəraqlı açılışı oldu. İnsafən, gecələr elektron idarəetmə tipli giriş qapısı əla görünür, bir şərtlə ki, monitorda yazılanları oxumayasan”. Bu sözləri Zerdab.com saytına açıqlamasında Zərdab şəhər Həzi Aslanov adına 3 saylı tam orta məktəbin müəllimi Muxtar Əlizadə dedi. Onun sözlərinə görə, hər gün icra aparatının bir çox işçisi “32 hektar” adlanan ərazidə (qəsəbədə) aparılan məlum tikinti işləri ilə əlaqədar bu yolu bir neçə dəfə keçirlər: “Ancaq deyəsən, elektron idarəetmə tipli giriş qapısının monitorunda yazılanlara fikir verən yoxdur. Həmin monitordakı köhnə yazılar nə vaxta qədər göstəriləcək? Yəqin ki, “Zərdaba Xoş Gəlmisiniz”in ardı ilə gələn “RAYONUMUZA BAHAR GƏLİR” “NOVRUZ BAYRAMINIZ MÜBARƏK OLSUN” cümlələri rayonumuza gələn qonaqların təəccübünə səbəb olur, üzlərində təbəssüm oyadır”. Muxtar Əlizadə onu da bildirdi ki, monitordakı saat da 3 aydır yay vaxtına keçilməsinə baxmayaraq, hələ dəyişməyib: “3 aydan sonra yenidən qış vaxtına keçiləcək, birtəhər yola vermək olar. Ancaq Novruza 8 ay var. 2 aydan sonra payız girir, “RAYONUMUZA BAHAR GƏLİR” nədir?”.

Ümid edək ki, məsələ müvafiq qurumlar tərəfindən nəzərə alınacaq və tezliklə bu səhv aradan qaldırılacaq.

Zerdab.com

2 ŞƏRH

  1. Xeyli güldüm xəbərə..Ay müəllimlər, yerində olmayan nəsə varsa demək, bildirmək lazımdı..Hər şeyi icra aparatının üstünə atmaq olmaz axı..

  2. Sadiq -sadiq-sadiq-sadiq -Ay SADIQ -seni sevecekler sen sevmesende Muellim kime desin A B B A S A……?!

Comments are closed.