İnsan üç şeyin arxasınca getməlidir; həqiqətin, xeyirin, gözəlliyin…
İnsan üç şeydən uzaq olmalıdır; zülmdən, küfrdən, cəhalətdən…
Üç şeydən qaçmalıyıq; yersiz sərtlikdən, tam doymaqdan, hədə-qorxudan…
Üç kəsdən qorxmalıyıq; mərhəmətsizdən, ikiüzlüdən, pis əməl törədəndən…
Üç adama əl tutun; xəstəyə, qəribə, ümidsizə…
Üç hakimin hökmündə xəta axtarmayın; qəlbin, qədərin, ölümün…
Üç şey səadətin açarıdır; təvazökarlıq, qənaət, ölümü düşünmək…
Üç şeyi sevməyən ruh qəbir kimi qaranlıqdır; Allahı, uşaqları, zalım və güclü olmayanlara itaəti…
Dünya üç şeylə cənnət olar; əlində olanı verməklə, bağışlamaqla, hidayət yolunu göstərməklə…
Üç yerdə insan özünü tanıyar; tövbədə, zalımın zülmü altında, son nəfəsində…
Həyatın mənası üç şeydə özünü göstərər; eşqlə birləşən ümiddə, şövqlə edilən ibadətdə, göz yaşı ilə yuyulan mərhəmətdə…
Üç cür insan Allahı görməklə müjdələnər; saf qəlblilər, gecənin qaranlığında günəşi kəşf edənlər, ölümlə birlikdə yaşayanlar…
İnsanlar arasında özünü dərk edənlər üçdür; küləyi belə incitməyənlər, adlarını söyləməkdən utananlar, insanlara qarşı xoş niyyətli olanlar.
Mənbə: “Ailəm” jurnalı.