Zərdabda şəhid ailələri və Qarabağ əlilləri üçün bina tikiləcək

0
56

binaZərdab rayonunda şəhid ailələri və Qarabağ əlilləri üçün 32 mənzilli bina tikiləcəyi gözlənilir. Zerdab.com saytının yaydığı məlumata görə, artıq bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət olunub. Belə ki, Zərdab rayonunda mənzil növbəsində olan şəhid ailələri və Qarabağ əlilləri tez-tez mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması ilə əlaqədar Rayon İcra Hakimiyyətinə müraciət edirlər. Müraciətlər nəzərə alınaraq Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevin təşəbbüsü ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məktubla müraciət olunub.

Məktubda qeyd edilir ki, rayonda mənzil növbəsində olan şəhid ailələri və Qarabağ əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına zəruri ehtiyac var. İnşaat işlərinə növbəti illərdə başlanılacağı güman olunur.

 

Zerdab.com