Zərdabda Mərkəzi Xəstəxananın işıqlandırma, su təchizatı sistemi qəzalı vəziyyətdədir

0
82

zerdab-xestexanaZərdab rayon Mərkəzi Xəstəxanasının binası 1987-ci ildə tikilib. Lakin ötən 25 il ərzində hal-hazıradək əsaslı təmir edilməyib. Xəstəxananın işıqlandırma, su təchizatı, kanalizasiya sistemi qəzalı vəziyyətdədir. İstilik sistemi isə tamamilə sıradan çıxıb. Bəs problemin həlli məqsədi ilə hansı tədbirlərin görülməsi nəzərdə tutulur? www.zerdab.com saytının məlumatına görə, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayonun səhiyyə müəssisələrinin təmiri, avadanlıqlarla təchiz edilməsi və yenilərinin tikilməsi nəzərdə tutulsa da, hələlik vəsait ayrılmadığından bu işlərə başlanılmayıb. Bundan əlavə, 5 təcili tibbi yardım maşınına ehtiyac var. Sayt xəbər verir ki, yaxın vaxtlarda sadalanan problemlərin həllinə köməklik göstərilməsinə nail olmaq məqsədi ilə Səhiyyə Nazirliyinə müraciət ediləcək.

www.zerdab.com