Uzun illərdir jurnalistlərlə dostluq münasibətindəyəm. Dost deyəcəyim, daim işgüzar əlaqədə olduğum jurnalistlərdən biri də gənc jurnalist Nicat İsmayılovdur. Xasiyyətcə sadə, təvazökar, bəlkə bir qədər də utancaq deyəcəyimiz Nicat İsmayılov öz işinin, sənətinin ustalarındandır. Dəfələrlə yazdığı məqalələrlə müharibə veteranlarına dəstək olub, onların qaldırdığı məsələlərin ictimailəşməsinə öz yazıları ilə köməklik göstərib.
Nicat öz savadı, istedadı, sadəliyi ilə yanaşı, həm də vətənpərvər insandır. Böyüklər deyirlər ki, öz el-obasına, doğma yurduna bağlı olmayan insan, vətəninə də bağlı ola bilməz. Bu yaxınlarda sosial şəbəkələrdə Zerdab.com saytında yayımlanmış bir yazı ilə rastlaşdım. Oxudum və çox xoşuma gəldi. Saytla maraqlanmağa başladım. Çünki indiki dövrdə hər kəs daha çox qlobal saytlara üstünlük verir. Kiçik bir araşdırmam nəticəsində məlum oldu ki, Zerdab.com saytının təsisçisi elə bu rayondan olan, bu rayonu şərəflə təmsil edən Nicat İsmayılovdur. Açığı, təəccüblənmədim. Ona görə ki, Nicatın necə bir yurdsevər insan olduğunu bilirdim. Saytı mütəmadi izləyirəm. Hətta buradakı yazıları özümün sosial şəbəkələrdəki səhifəmdə paylaşdığım vaxtlar da olur.
Azərbaycan milli mətbuatının yaranmasından 138 il ötür. Azərbaycan jurnalistləri öz peşə bayramlarını – Milli Mətbuat Gününü qeyd etməyə hazırlaşırlar. Bu əlamətdar gün münasibəti ilə bütün Azərbaycan jurnalistlərini, həmçinin Zerdab.com saytının təsisçisi Nicat İsmayılovu, onun oxucularını təbrik edir, yeni-yeni uğurlar arzulayıram. Nicat, inanıram ki, ən böyük uğurların hələ qarşıdadır. Buna layiqsiniz.
Hörmətlə, Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri,
Qarabağ müharibəsi veteranı Radə Abbas.
Tebrik Edirem!Ugurlarniz axarli olsun!
Təbrik edirəm Nicatı və bütün həmkarlarımızı.
Hər kəsə sevimli Azərbaycanımızı, ilk olaraq da Zərdabi yurdunu Nicat İntiqam qədər sevməyi arzulayıram.
Həmyerlimiz jurnalist Nicat İntiqam haqqında belə gözəl sözləri eşitmək hamımız üçün çox qürurvericidir.. Fürsətdən istifadə edib Nicat müəllimi Milli Mətbuat günü ilə əlaqədar ürəkdən təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayıram..Arzum budur ki, hər zaman deməyə sözünüz, qələmə almağa bol mövzunuz olsun! Və sizin vasitənizlə də “Əkinçi” qəzetimizin başda İsaməddin müəllim olmaqla, bütün kollektivinin peşə bayramını təbrik edirəm!Yorulmayasınız!
Hər birinizə təşəkkür edirəm! Xoş sözlərinizə görə çox sağ olun. Fürsətdən istifadə edib mən də “Əkinçi” qəzetinin kollektivini – başda İsaməddin müəllim olmaqla, peşə bayramı münasibəti ilə təbrik edirəm.
İnşallah, ən böyük uğurlarımız hələ qarşıdadır.
Allahin komeyile dayioglu.Bizim de isteyimiz budur sizlerden.
Comments are closed.