Zərdab rayonunun taxılçıları məhsul yığımı kampaniyasını başa çatdırıblar.
Rayon icra hakimiyyətinin aqrar şöbəsindən bildiriblər ki, bu ilin məhsulu üçün yetişdirilmiş 17 min 134 hektar zəmi biçilib, əkin sahələrindən 47 min 97 ton taxıl götürülüb.
İstehsal olunan məhsul ötənilkindən 848 ton çox olub. Hər hektardan orta məhsuldarlıq 2012-ci ilə nisbətən 1,7 sentner artaraq 27,5 sentner təşkil edib.
Bəzi ərazilərdə, o cümlədən Bəyimli qəsəbəsində, Çallı, Bıçaqçı, Alıcanlı və bir sıra digər kəndlərdə daha yüksək məhsuldarlığa nail olunub.
Qeyd edək ki, kombayn çatışmazlığı səbəbindən bu il Zərdab rayonunda da taxıl biçini zamanı kəndlilər ciddi problemlərlə üzləşmişdilər.
DUSUNUREMKI NOVBETI OLDE ADI CEKILEN PROBLEM OZ HELLINI TAPACAQ ONA GORE KI CENAB PREZIDENTIMIZ TAXIL BICEN KOMBAYNLARIN ALINMASINA GORE DOVLET BUDCESINDEN VESAIT AYIRDI.ALLAH SIZI VAR ETSIN CENAB PREZIDENTIMIZ
Comments are closed.