Haqq yolunda dayanıb, haqqa fəda oldu Əli

2
68
Mirağa Bağırov
Mirağa Bağırov, Zərdab şəhər sakini

Kərəmullahi vəchə təkcə onun qismətidir,

Tarixi-islamda bu gün bu adla qaldı Əli.

 

Səkkiz il öncə hamıdan, ilqar-iman elədi,

Rəsuli-Əkrəm ilə birgə namaz qıldı, Əli.

 

Rəbbim ad verdi ona, söylədi sən şıri-Xuda,

Sıyırıb Zülfüqarı dinə dayaq durdu, Əli.

 

Yüksəlib çiyninə Peyğəmbərimin Kəbədə o,

Bütləri tökdü yerə, sındırıb, həm qırdı Əli.

 

Dərsini aldı Rəsuli-Nəbidən, etdi tamam,

Elm şəhrinə açılan həm qapı, həm yoldu, Əli.

 

“La fətta illa Əliyyu” söylədi Peyğəmbərimiz,

Xeybərin fəthi günü bu tərifi aldı Əli.

 

Möminlərin ağası, Rəsuli- Əkrəm vəlisi,

Rəbbinin qarşısında acizanə quldu Əli.

 

Mirağa haqqı dedi, olmasın bir kimsədə şəkk,

Haqq yolunda dayanıb, haqqa fəda oldu Əli.

2 ŞƏRH

  1. Miraga muellimin heca seirlerini oxumusam. Beyenmisem. Amma bu seir fikir ehtiyati ile zengin olsa da eruzun qaydalarina riayet olunmayib.Onuncun de oxunaqliq ve sirinlik itir. belke de bunu sadece heca vezninde yazsaydi daha yaxsi olardi

Comments are closed.