Zərdabda gülçülüyə hələ qədim zamanlardan çox böyük maraq olub. Həsən bəy Zərdabinin Zərdabda yetişdirdiyi gül kolları və saldığı bağ hələ o vaxtlar adla deyilərmiş. Həmin ənənə bu gün də Zərdab rayonunda qorunub saxlanılır, davam etdirilir. Kişilər yəqin bizdən inciməzlər, bildirək ki, Həsən bəy Zərdabidən fərqli olaraq, indiki dövrdə onun müasirləri gülçülüyə o qədər də maraq göstərmirlər. Tam əminliklə dey bilrəik ki, istər rayonumuzda, istərsədə kəndlərimizdə – həyət bacalarda insanların gözünü, könlünü oxşayan güllər məhz xanımlarımızın zəhməti sayəsində başa gəlir. Xanımlarımız həm gülləri əkir, həm də onlara qulluq edirlər. Güllərə həsr olunmuş və Zərdabda çəkilmiş fotoları təqdim edirik. İnanırıq ki, ürəyinizcə olacaq.
Zerdab.com
Fotolar Zerdab.com saytına məxsusdur.
Müqəddəs Ramazan günlərində təqdim olunan ” Zərdabdan gül kimi-fotosessiya ” orucluları gül kimi açdı. Allahın məhəbbəti ilə dolu olan qəlbimizə gözəllik duyğusu da əlavə olundu. Göz gözəllik gördümü könül yaxşılardan bəhs etmək istəyir. Bu mübarək gündə Mübarək Peyğəmbərimizin təbiət sevgisini xatırlamaq insana ikiqat zövq verir.Yerləşdirdiyiniz mənzərələrdə ümumi bir harmoniya var. Yaşıllıqlar içərisindən boylanan qızılgüllər insana dinclik bəxş edir.Həsən bəy ZƏRDABİNİN yetişdirdiyi gül kolları və saldığı bağ tarixdən məlumdur. Nə xoş ki, bu ənənə bu gün də davam etməkdədir. Ana və bacılarımız gülləri öz sevgilərindən pay verə -verə bəsləyirlər.Bu gün biz azərbaycanlılar üçün əziz günlərdə gül bağışlamaq ən gözəl adətdir. Cəmi üç gündən sonra ölkəmizdə milli mətbuat bayramı- jurnalistika günüdür. Mən bu münasibətlə bütün həmkarlarımı təbrik edir, onlara -Siz Zərdabın ən gözəl güllərinə layiqsiniz !- deyirəm. Qələminiz qızıldan qiymətli, yazdıqlarınız güllərdən ətirli olsun !
Tərlan xanım, biz də Sizi təbrik edirik. Size uzun ömür, cansağlığı, xoşbextlik ve yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
elə bizim elimizə də yaraşan budur GÜL -CİCƏKLƏR güllər cicək kimidir sacı ipək kimidir
gozal gullar baxcasi bizim hayatda var olar sahiblari kimi kocub getdillar…….
Gün gelecek bunlardanda gözel güllər Qarabağımızda ekeciyik başda sevimli Prezidentimiz cənab İLham Əliyev olmaqla inanıramki ogünlərə biraz qalıb sevimli prezidentimiz bizi sevindirecek
Comments are closed.