Orucun fərz qılındığını bildirən ayədə belə buyurulur: “Ey iman edənlər! Oruc tutmaq sizdən əvvəlkilərə fərz qılındığı kimi, sizə də fərz qılındı. Bəlkə (bunun vasitəsi ilə) siz pis əməllərdən çəkinəsiniz.”
Bəli, oruc sayəsində nəfsimizin pis arzularını nəzarət altına alaraq günah işləməkdən, hər növ pis hərəkət və danışıqlardan çəkinmiş oluruq. Yəni oruc, müəyyən bir müddət ərzində sadəcə yemək, içmək və cinsi təmasdan uzaqlaşmaqdan ibarət deyil, eyni zamanda dilimizi yalandan, əllərimizi haram işlətməkdən, ayaqlarımızı pis işlər arxasınca qaçmaqdan, gözlərimizi harama baxmaqdan, qulaqlarımızı yalan və dedi-qodu dinləməkdən uzaq tutmaqdır. Orucluq bir ay olsa da, orqanizm üzərindəki təsirləri qalıcı olmalıdır. Belə etdiyimiz təqdirdə oruc qayəsinə çatır və Allah qatında məqbul bir ibadət olur. Peyğəmbərimizin bu hədisi-şərifləri mövzunun önəmini vurğulamaqdadır.
“Hər kim yalan söyləməyi və yalanla iş görməyi tərk etməzsə, Allah onun yemək-içməyini tərk etməsinə dəyər verməz”.
“Elə oruc tutanlar vardır ki, əllərinə ac və susuz qalmaqdan başqa bir şey keçməz”.
Göründüyü kimi, oruc tutan şəxs orqanlarını da günahlardan və pisliklərdən qorumağa məcburdur. Bizi pis adətlərdən və çirkin davranışlardan uzaqlaşdırmayan oruc, qayəsinə çatmamış və gözlənilən faydanı verməmişdir. Oruc bizim təkcə pisliklərdən uzaqlaşmağımızı təmin etmir, həm də gözəl əxlaq və yaxşı davranışlarla bəzənməyimizə səbəb olur.
Oruclu ikən bir müddət ac və susuz qalan varlı insan aclığın nə demək olduğunu anlayar və beləcə, yoxsulların vəziyyətini və çəkdikləri sıxıntıları xatırlayaraq onlara qarşı yardım əlini uzadar.
Peyğəmbərimiz buyurur: “Qonşusu ac ikən özü tox yatan bizdən deyil”. Beləliklə, Peyğəmbər Əfəndimiz (s.ə.s.) bu hədisi-şərifdə maddi vəziyyəti yaxşı olanlara bir həyat dərsi keçir.
Oruc fərdlərin əxlaqı üzərində müsbət və dərin təsirlər qoyur, qayğı və mərhəmət duyğularının qəlbə yerləşməsinə səbəb olur, nəfsin pis arzularını nəzarət altına alaraq insanı ruhən yüksəldir, əxlaqən yetkinləşdirir. Bu ibadət insan beyninə sosial ədalət fikrini, könüllərə qayğı və mərhəmət duyğularını yerləşdirərək maddiyata bağlılıqdan qurtarır, mal və pula olan ehtirasın qarşısını alır.
Bu yönü ilə baxdığımızda Ramazan ayında oruc tutan mömin həm Allah qarşısında ibadət vəzifəsini yerinə yetirir, həm də yaxşı bir əxlaq təhsilindən keçərək bir çox fəzilətlər və gözəl davranışlar qazanır.
yuxarida qeyd edilen aye INEK suresi 183 cu ayedir. Beli orucun faydalarindan ne qeder desen yazmaq olar.PEYQAMBER S.E.S buyrubki ORUC TUTUN KI SAQLAM OLASINIZ.Yani 11 ay medemiz dolu olurki buda bize faydadan cox zerer verir.PEYQAMBERIMIZ S.E.S hedislerinden birinde bele buyrub.FAYDASIZ ELIMDEN DOYMAYAN NEFSDEN COX YATAN GOZDEN ALLAHA SIQINIRAM.Eyni zamanda bir Allah dostu YA REBB COX YEYEN QARINDAN COX YATAN GOZDEN SENE SIQINIRIM deye hemiwe bu wekilde dua edermiw.Oruc ibadeti bizlere Afrikada illerle acliqdan suzluqdan eziyyet cekenleri xatirladir.Tek deyeceyim bir sey var oda budur HER HALIMIZ UZERE YARADANA SUKUR EDEK,SUKUR EDEK KI BIZI ACLIQLA SUSUZLUQLA IMTAHANA CEKMESIN.
Comments are closed.