Bu gündən etibarən Ucar, Zərdab və Göyçay rayonlarına təbii qazın verilişi tamamilə dayandırılıb. Buna səbəb 1200 diametrlik yüksək təzyiqli Hacıqabul – Qazax qaz borusunda aparılan təmir işləridir. Təmir işləri təxminən 2–3 günə başa çatacaq, bundan sonra adı çəkilən rayonlara təbii qazın verilişi təmin ediləcək.