Bu gün cəmiyyət sürətlə inkişaf edir, adamlar müasir texnologiyanın yaratdığı imkanlardan daha səmərəli istifadə etməyə çalışırlar. Tez-tez “XXI əsr kompyuter əsridir, internet isə zamanın tələbidir “ deyirik. Gündəlik işimizi asanlaşdırmaq, dünyagörüşümüzü daha da formalaşdırmaq üçün kompyuterimizə qoşulmuş internet xidmətindən qədərincə istifadə etmək istəyirik. Dünyaya çıxış yaradan internetdən istifadə edərkən öz doğma elinə, doğulduğun rayona aid olan gündəlik informasiya insanı daha çox maraqlandırır. Zərdab rayonunun Qoruqbağı kənd sakini, gənc jurnalist Nicat İsmayılov 2011-ci ildə Zerdab.com saytını təsis edərkən görünür bunları da düşünmüşdür. Mən deyərdim ki, Nicat İsmayılov bunları təkcə düşünməyib, həm də bizim istədiyimiz şəkildə reallaşdıra bilib. 15 bölmədən ibarət olan saytda gündəli k xəbərlərlə yanaşı, tarixi araşdırmalara da yer ayrılıb. Bölmələrdə kəndlərimizin tarixi, ziyalılarımızın həyat və fəaliyyətləri, müsahibələr izləyicilərin böyük marağına səbəb olur. “Həyat dərsi “ bölməsində yayımlanan maraqlı hekayələrin, ibrətamiz misalların harada yaşamasından, kimliyindən asılı olmayaraq hər bir insana güclü təsir edə biləcəyini düşünürəm. “ Həsən bəy Zərdabi “ bölməsi nəinki Zərdabda doğulanların, hətta Zərdabla heç bir ilgisi olmayanların belə böyük marağına səbəb olmuşdur. Həsən bəy haqqında ölkənin ən yüksək titullu alimləri öz fikirlərini bölüşürlər.
Azərbaycanda internet istifadəçilərinin sayı günbəgün artmaqdadır. Yaxın bir neçə ildə onların sayının daha da artacağı gözlənilir.
Fəaliyyətə başlamasından cəmi 3 il ötməsinə baxmayaraq bu gün Zerdab.com saytının yüzlərlə oxucusu var. Mən bu materialı hazırladığım gün yəni iyunun 19-da manitorda ötən günün ziyarətçilərinin sayı 2419 nəfər idi. Əgər sadə bir hesablama aparsaq, yəni gündəlik oxucunun sayını orta hesabla 2400 nəfər götürsək, bu bir həftəlik oxucu sayının təxminən 16.800-20.000 arası dəyişdiyinin şahidi olarıq. Bu o deməkdir ki, Zerdab.com saytı Zərdab rayonunun ictimai və siyasi həyatında böyük rola malikdir. Sayt Azərbaycanın ilk peşəkar, operativ region saytı missiyasını şərəflə və qürurla yerinə yetirir. Artıq sayt insanların inamını, etibarını, hörmətini qazana bilib. Sayt hər bir şəxsin üzərinə açıqdır və istənilən şəxs saytla əməkdaşlıq edə bilir.
Eyni zamanda saytın “ facebook “ da Zerdab.com adlı qrupu da fəaliyyət göstərir.
Bunları qeyd etməkdə məqsədim odur ki, hər cür qərəzçilikdən uzaq olan Zerdab.com biz jurnalistlərin doğma saytıdır. Hörmətli Nicat müəllim və saytın digər yazarlaı, bu xeyirxah işinizdə sizə uğurlar diləyirəm. Bir də fürsətdən istifadə edib qarşıdan gələn peşə bayramımız münasibətilə sizi ürəkdən təbrik edirəm. Qoy jurnalistikanın “ daşlı-kəsəkli “ yollarında səbr, dözüm və zəhmətsevərlik sizə ən yaxın yar olsun!
TƏRLAN ABDULLAYEVA “ƏKİNÇİ”NİN MÜXBİRİ.
Qeyd: bu yazı “Əkinçi” qəzetinin 27 iyun 2013-cü il taixli 30-cu sayında dərc olunmuşdur.
Zerdab.com-dan: Saytımıza, çəkdiyimiz əziyyətə göstərdiyi diqqətə və xoş sözlərə görə yazının müəllifi TƏRLAN xanım ABDULLAYEVAya və həmin yazını yayımladığı üçün “ƏKİNÇİ” qəzetinin redaktoru İSAMƏDDİN ƏHMƏDOVa təşəkkürümüzü bildiririk.
Sag olun,Nicat muellim,bu dogma sayt sizin zehmetinizin beheridir.
Cox sag olun Nicat muellim sayenizde seve-seve izleyirik.
doğma aperatif və aktif sayt işləyənlərə əməkdaşlara məlumatı verənlərə eşq olsun
Ailelikce seve-seve izleyiriy.
бЕЛЕ ДАВАМ ЕДИН
АТАМ САЛАМ ДЕЙИР
бУ САЙТ КИМИНДИР
нИЧАТА ДЕЙИН КИЩИ КИМИ АТДЫ БИЗЕ КЕЛМЕДИ. СЕН ЧАНЫ КУЙА СЕНДЕН ОТРУ ОЛЕН ВАР.
НЕЙЕ ГЕЛИР КИ СИЗЕ. О ГЕЛМИР БИЗ ГЕЛЕК.
Teşekkür müellif.
Allah sizden razi olsun!Sayenizde melumatlaniiriq
“Əkinci” qəzetinin 27 iyun 2013-cü il tarixli, 30-cu sayında dərc olunmuş yazısında Zerdab.com saytının təsisçisi, jurnalist Nicat İsmayılovun əməyinə verdiyi dəyərə görə biz ziyalılar “Əkinçi”nin müxbiri Tərlan xanım Abdullayevaya təşəkkürümüzü bildiririk.
Gənc jurnalist Nicat İsmayılovun təşəbbüsü və rəhbərliyi ilə Zerdab.com saytının təsis edilməsi xüsusilə biz qələm sahiblərinin, elmi-tədqiqat işi ilə məşğul olan alim və mütəxəssislərin, ziyalıların böyük sevincinə səbəb olmuşdur. Bu bir həqiqətdir ki, ölkəmizdə gedən ictimai, iqtisadi, sosial inkişaf məsələləri ilə yanaşı, hər bir yaradıcı insanın əməyinin Nicat müəllim tərəfindən bu sayt vasitəsilə işıqlandırılması, xalqımızın diqqətinə çatdırılması, onların tarixin səhifələrinə yazılmasında əməyi xüsusi təqdirə layiqdir.
Deməliyəm ki, bu sayt tək bölgə saytı olaraq fəaliyyət göstərmir. O nəinki Zərdab rayonunu əhatə edir, eləcə də respublikanın ayrı-ayrı yerlərindən, habelə xarici ölkələrdə yaşayan soydaşlarımız da bu sayta müraciət etməkdədirlər. Bu da onu göstərir ki, Nicat İsmayılovun rəhbərlik etdiyi sayt gündəlik diqqət mərkəzində olmaqla, əlavə vaxt və zəhmət nəticəsində çoxsahəli və çoxşaxəli fəaliyyəti ilə millətimizə, xalqımıza xidmət edən şəffaf bir saytdır.
Nicat müəllim! üzərinizə götürdüyünüz bu şərəfli işinizdə Sizə uğurlar, yeni-yeni yaradıcılıq nailiyyətləri, ailənizdə xoşbəxtlik, can sağlığı arzu edirəm.
Çox hörmətli alim, çox dəyərli Zərdabişünas, gözəl insan Eldəniz Həsənov!Əslində mən Sizə minnətdaram ki, Sizin kimi ziyalıların işığından ilham almaq olur. Zərdabini duyan ürəyiniz, dahi şəxsiyyətin irsini araşdıran qələminiz var olsun! Zərdabi yurdu Sizin kimi oğulları ilə fəxr edir. Allah sizləri qorusun!
Kim ne deyir özü biler, mence bu saytın arxasında duran adam var. Hem pul buraxıv iş gördürür. Pul olmasa tepemize gülle vursalar da işleyen deyilik. Biz beleyik. Bura da kimse paçqa-paçqa pul ayırır. Deputat da ola biler, icrada.
Jer halda kim ayırırsa sağ olsun, her gün baxrıq.
(yorumumu verin duxunuz varsa)
He, qardaş, pulumuz o qederdir ki, yığıb yığışdıra bilmirik. Senin kimi düşünen hekimlerdir insanları şikest qoyan. Bizim meneviyyatımız seninki kimi şikest deyil. Əl, ayaq şikest olanda emeliyyatla düzeltmek olur, amma senin kimi meneviyyatı şikestlere teessüf ki, emeliyyat da kömek elemez.
Ay millet sevinmirsiz rayonun bu cur maraqli sayti sizuncun fealiyyet gosterir?Ne baslamisiz pul deye/?Ayib deyil?
Doğrunu deyən diliniz , yazan barmaqlarınız var olsun çox hörmətli Aisa Hatun !
Terlan xanim,diqqetinizden dolayi size cox derin ve semimi tesekkurler.
Comments are closed.