Zərdab rayonunun bəzi kəndlərində əhalinin əsəbi sözün həqiqi mənasında tarıma çəkilib. Buna səbəb kombayn çatışmazlığı səbəbindən kəndlilərin taxılının məhv olmasıdır. Belə ki, kəndlilərin il boyu xərc, əzab-əziyyət çəkib yetişdirdikləri taxıl gözləri görə-görə zay olur. Bunu sadəcə izləmək məcburiyyətində qalan kəndliləri əslində qınamalı da deyil. İyun ayının demək olar ki, başa çatmasına baxmayaraq, hələ də Zərdab rayonunun bir çox kəndlərində hektarlarla buğda sahəsi biçilməmiş qalıb. Kəndlilərin Zerdab.com saytına verdikləri məlumata görə, onların buğdalarını biçdirmək üçün get-gəllərinin, müraciətlərinin heç bir faydası olmayıb, yəni kombayn tapılmır. Nəticədə, bir neçə aylıq əziyyət bir neçə günün içərisində yerlə bir olub.
Buğdası yerlə bir olan Qoruqbağı kənd sakinləri isə deyiblər ki, bir neçə gün öncə yağan yağış biçilməmiş taxıl sahələrini yararsız hala salıb. Kəndlilərin Kənd Təsərrüfatı Nazirliyinin “qaynar xətti”nə müraciətlərinin isə bu günə kimi heç bir faydası olmayıb.
Zerdab.com
Tessuf hissi ile qeyd etmek isteyirem ki,Alvend ve Otmanoba kendlerinde de ,bicelmemis taxil saheleri hele de qalmaqdadir. Rayonumuzda 7-8-il evvel AQROLIZINQ SC-in yaranmasina baxmayaraq ,bu gunedek Aqrolizinqin bir dene de olsun ,taxil bicen Kombaylari bu kendlerde islemeyib,buna gora da ehali vaxtasiri bicin vaxti zehmetle yetisdirdikleri mehsul zay olur.Biz butun bunun gunahini Aqrolizinqin rehberi H.ISAYEVDE yox hemin kendlerin,rehberliklerinde goruruk,(belediye,icra numayendiklerinde ve fermerlerin ozlarinde)ona gora ki,vaxtinda lazimdiki AQROLIZINQLE muqavile baqlasin ve sifarisini versinler.Fezifeye kecmek hem de ehalinin en xirda promlemlerini duymaq onu yerine yefirmekden Liderlik , teskilatciliq bacariqi olmasindan ibaretdir.Butun bu dediklerimiz hamisi birlikde,bir sexsde cemlesdikde O kendde taxillar da vaxtinda bicilir ,sum da cixarilir ekinler de vaxtinda suvarilir,yollar,kanallar vaxtinda temir olunur ve o kendlerin ele bir problemi qalmir.(sebebler coxdu,cox tessuf ki, butun bunlarin basinda en vacib,ise olan MESULIYYETDIR).
Comments are closed.