– “Ağıllılar öz istədiklərini, ağılsızlar başqalarının istədiklərini öyrənir” (Sədi Şirazi)
– “Bir daşla divar hörülməz” (Atalar sözü).
– “Dost atan daş baş yarmaz” (Atalar sözü).
– “Başqalarını bilən adam bilikli, özünü bilən adam isə ağıllıdır” (Lao Tszı).
– “Ağıllı insan düşündüyü hər şeyi söyləməz, ancaq söylədiyi hər şeyi düşünər” (Aristotel).
– “Oyaq bir adam yatmış min adamdan güclüdür” (S. Karno).
– “Qəbul edilmiş bir məğlubiyyət qazanılmış bir qələbədir” (P. Qaskoyn).
– “Haqsızlıq etmək haqsızlığa məruz qalmaqdan daha ağırdır” (Sokrat).
– “At sahibinə görə kişnəyər” (Migel de Servantes).
– “Ən çox şikayət edənlər ən çox şikayət edilənlərdir” (M. Henri).
– “Əsas məsələ yaxşı və böyük görünmək deyil, yaxşı və böyük olmaqdır” (Lüdviq van Bethoven).
– “Hədəfsiz gəmiyə heç bir külək kömək edə bilməz” (Monten).
– “Kim daha qorxaqdır? Qaranlıqdan qorxan uşaq, yoxsa aydınlıqdan qorxan böyük?” (M. Frihili).
– “Hamının işi demək, heç kimin işi deməkdir” (İsaak Nyuton).
– “İstədiyini söyləyən istəmədiyini eşidər” (Atalar sözü).
– “Yaxşı bir oxçu yayı ilə yox, hədəfi ilə tanınar” (Atalar sözü).
– “Adi bir insan vaxtını necə sərf edəcəyini, ali bir insan vaxtına necə qənaət edəcəyini düşünər” (Artur Şopenhauer).
– “Tərif yaxşı adamı daha yaxşı, pis adamı daha pis edər” (Tomas Fuller).
– “Ədalət güclü, güclü də ədalətli olmalıdır” (Blez Paskal).
– “Bir gözəl söz demək sənəti varsa, bir də gözəl söz dinləmək sənəti var” (Epiktet).
– “Nikbin yaranın üstündəki qabığı, bədbin isə qabığın altındakı yaranı görər” (Ernst Şreder).
– “Ağıllı bir insan həyata verdiyindən artığını alır, müdrik bir insan həyata aldığından artığını verir” (Albert Eynşteyn).
– “Yaxşı bir başlanğıc yarıbayarı müvəffəqiyyət deməkdir” (Andre Jid).
– “Ağıllı insanlar əldə etmədiklərinə kədərlənənlər deyil, əldə etdiklərinə sevinənlərdir” (Epiktet).
– “Ya bir yol tap, ya da bir yol aç” (Hannibal).
– “İnsan nə qədər az bilsə, o qədər çox bildiyini sanar” (Jan Jak Russo).
– “Öyrəndiyini yaşaya bilməyən yaşadığını öyrənə bilməz” (Atalar sözü).
– “Cəsurlar bir dəfə ölür, qorxaqlar min dəfə” (Atalar sözü).
– “Əsas məsələ yaxşı başlamaq deyil, yaxşı qurtarmaqdır” (Publi Ovidi).
– “Ölməyə dəyər bir məqsədi olmayanın yaşamağa dəyər bir məqsədi də olmaz” (Martin Lüter Kinq).
– “Doğru işi görmək işi doğru görməkdən daha vacibdir” (Ceyms Duayer).
– “Yolu ilə gedən yorulmaz” (Atalar sözü).
– “Düşünmədən öyrənmək nə qədər təhlükəlidirsə, öyrənmədən düşünmək o qədər təhlükəlidir” (Konfutsi).
– “Bir şeyə aid hər şeyi, hər şeyə aid bir şeyi öyrənin” (Van Dayk).
– “Söz oynatmağı öyrənmək qılınc oynatmağı öyrənməkdən daha çətindir” (Əhməd İbşihi).
– “Söz dinləməyi bilməyən söz dinlətməyi bilməz” (Aristotel).
– “Ümid cəsarətin yarısıdır” (Onore de Balzak).
– “Özünüzdən ən yaxşısını versəniz, başqasından ən yaxşısını alarsınız (Harvi Fayrstoun).
– “Hər dəyərli olan yenidir, ancaq hər yeni olan dəyərli deyil” (Deniel Uebster).
– “Çox işdə şagird olmaqdansa, bir işdə usta ol” (İmam Qəzali).
Mənbə: “Ailəm” jurnalı.
Tesekkurler.Allah razi olsun.Oxuduqca dincelirsen.
Comments are closed.