“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Azərbaycan jurnalistlərinin gələn ay keçiriləcək qurultayında Mətbuat Şurasının yenidən formalaşdırılacaq İdarə Heyətində təmsil olunmaq üçün millət vəkili, filologiya elmləri doktoru Jalə Əliyevanın namizədliyini irəli sürüb.
Bununla bağlı mətbuata açıqlamasında R. Məcid bildirib ki, ictimaiyyət fəallarından bir qadının İdarə Heyətində təmsil olunmasına ehtiyac var: “Zənnimcə, bu yerə də ən layiqli namizəd millət vəkili Jalə Əliyevadır. Jalə xanım mətbuatda vaxtaşırı müsahibə və açıqlamalarla çıxış edir, media ilə bağlı əksər tədbirlərə qatılır. Lakin bu, sadəcə, arzu və təklifdir və əlbəttə ki, son sözü qurultay deyəcək”.
Bu təklifin onun üçün bir qədər gözlənilməz, lakin sevindirici olduğunu bildirən J. Əliyeva açıqlamasında R. Məcidə təşəkkürünü bildirib.
Millət vəkilinin sözlərinə, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabi yurdunun nümayəndəsi və parlamentdə təmsilçisi olan bir şəxs, eləcə də, bir vətəndaş, bir ziyalı kimi hər zaman Azərbaycanın mediasının təəssübünü çəkənlərdən olub: “Hər zaman Azərbaycan mətbuatının uğurlarına sevinmişəm, onun üzləşdiyi problemlərə görə narahatçılıq hissi keçirmişəm. Bu gün bütövlükdə Azərbaycan cəmiyyətini mətbuatsız, mediasız təsəvvür etmək olmaz, mümkün deyil. Mətbuat, media cəmiyyətin görən gözü, aynasıdır. O, həyatımızın ayrılmaz tərkib hissəsidir” – deyən millət vəkilinin sözlərinə görə, bu baxımdan, əgər sözügedən qurultayda belə bir məsələ olarsa, yəni, bu yöndə təklif rəsmi şəkildə irəli sürülərsə və qəbul olunarsa, onu məmnuniyyətlə, qəbul edər”.
Zənnimizcə, Jalə xanımın İdarə Heyətində təmsil olunması ümumilikdə mətbuatımız üçün faydalı olardı.
halaldi ona
Millət vəkili Jalə xanım Əliyevanı Mətbuat Şurasının idarə heyətində görmək biz jurnalistlər üçün çox xoşdur. Millət vəkilimizin namizədliyini irəli sürdüyünə görə “525-ci qəzet”in baş redaktoru hörmətli Rəşad Məcidə ürəkdən minnətdaram.
Comments are closed.