Kombayn çatışmır: buğda sahələri bata bilər, kəndlilər yol gözləyir

14
113

buğdaRespublikanın aran rayonlarında taxıl biçini başlasada kombayn çatışmazlığı var. Bu, məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Kombayn çatışmazlığı Zərdab rayonunda da müşahidə olunur. Zerdab.com saytına verilən məlumata görə, kombayn çatışmazlığı səbəbindən kəndlərdə hektarlarla taxıl sahəsi batmaq təhlükəsi ilə üz-üzədir. Havaların yağıntılı keçməsi isə vəziyyəti bir qədər də qəlizləşdirib. Faktı Zərdab rayon İcra Hakimiyyətinin birinci müavini Allahverdi Səfərov da təsdiqləmişdi. Onun sözlərinə görə, yağış kənd təsərrüfatı məhsullarına da ziyan vurub. Belə ki, rayonda kombayn çatışmazlığı ucbatından hələ də biçilməmiş taxıl sahələri və son günlərdə biçilmiş yonca yağış sularının təsirindən yararsız hala düşüb.

Zərdab rayonunun Qoruqbağı kənd sakinlərinin Zerdab.com saytına bu gün verdikləri məlumata görə, kombayn tapılmadığından kənddə əksər buğda sahələri hələ də biçilməmiş qalır. Kəndlilərin necə deyərlər, özlərini oda-közə vurmalarının hələ ki, bir faydası yoxdur. Çünki hər keçən gün kəndlilərin ziyanına işləyir – vaxtı ötdüyündən buğdalar dağılaraq yerə tökülür. Qeyd edək ki, məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda bildirilir ki, bölgələrdə kombayn çatışmamazlığı ilə bağlı nazirlik rəhbərliyi müzakirə aparıb, “qaynar xətt” yaradılıb: “Aqrolizinq”ə tapşırılıb ki, dağlıq ərazilərdə olan kombaynlar arana səfərbər olunsun”. Nazirlikdən yerlərdən gündəlik zənglərin daxil olduğu və dərhal da problem öz həllini tapdığı bildirilib.

Lakin nazirliyin açıqlaması ilə yerlərdəki vəziyyət tam üst-üstə düşmür.  Hər halda düşsəydi, il boyu əzab-əziyyət çəkib taxıl əkən kəndlilərin yetişdirdikləri məhsul hələ də sahələrdə qalmazdı.

Ümid edək ki, məsələ rayon rəhbərliyi səviyyəsində qaldırılacaq və kəndlilərin bu narahatlığına son qoyulacaq.

Zerdab.com

14 ŞƏRH

  1. Ucar rayonundan əhalinin özlərinin səyi nəticəsində rayona gətirilmiş 3 ədəd kombayn geri qaytarılıb ki,niyə xeyrimizi özgəyə verək..daha bu kasıb kənd camaatının xeyrini kim düşünsün mən bilmirəm.Allah özü insafsızlara lənət eləsin…

  2. Депутатыныздан комек истейин.

  3. Завод фабрик ачмырсыныз хеч олмаса чамаатын чорейине деймейин.

  4. 1 иллик езйет хеч олачаг инди. чамаат бес гыщда не йейечек.

  5. Bu deqiqe Pervanlı kendinde kombayn üstünde davadır. qoruqbağı camaatı deyir biz aparmalıyıq kombaynı, sarıqayalılar deyir biz, burunlular da deyir ki biz.
    Aqroservisin müdiri de deyir ki kim bacarır aparsın. İndi özünüz tesevvür edin.

  6. Bu tekce Zerdablıq deyil, nazirlik baxmalıdır. Rayonların çoxunda eledir. Zerdabda onlardan biri.

  7. Kend Teserrufati Nazirliyinin qaynar xetti – isteyen zeng vura biler. (012) 425 62 18

  8. men agstafa rayonunun qirili kendide yasayiram men taxil ekmisem ancaq onu suvara bilmirem burdaki ozbasnaliga son qoyulmasini xahis edirem

Comments are closed.