Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Zərdab Rayon İcra Hakimiyyəti ilə birgə təşkilatçılığı ilə 17 iyun 2013-cü il tarixdə “Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin hərbi vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda konfrans keçirilib. Zerdab.com saytı Zərdab RİHB Aparatının informasiya təminatı və təhlil sektoruna istinadən xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Daha sonra tədbir Heydər Əliyev Mərkəzində davam edib.
Konfransı giriş sözü ilə Gənclər və İdman Nazirliyinin şöbə müdiri Əli Məmmədov açıb. O, qeyd edib ki, azərbaycançılığın ümummilli ideya halına gəlməsi, bütün dünya azərbaycanlılarını birləşdirən məfkurəyə, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi məhz Heydər Əliyevin tarixi xidmətidir. Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın müstəqilliyini möhkəmləndirməklə, onun güclü dövlətçilik xəttini, siyasi-iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli inkişafının ideya təməli ola biləcək konsepsiyanın – azərbaycançılığın banisi olmuşdur.
Konfransda Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Milli Məclisin deputatı Jalə Əliyeva, Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev çıxış edərək bildirdilər ki, Heydər Əliyevin azərbaycançılığı ümummilli ideologiya olaraq irəli sürməsi onun Azərbaycan dövlətçiliyi naminə göstərdiyi tarixi xidmətdir. Məhz azərbaycançılıq Azərbaycana qarşı bir çox istiqamətlərdən yönələn təhdidlərin, ölkəmizi etnik bölücülük əsasında parçalamaq cəhdlərinin qarşısında güclü ideoloji və siyasi sipər oldu. Çünki azərbaycançılıq bizim keçmişimizdən gələn dəyər olaraq vahid Azərbaycanın ideya əsası, ölkədə bütün konfessiya və etnosların həmrəylik və anlaşma içində birgəyaşayışının tarixi təcrübəsidir.
Rayon gənclərinin nümayəndələri Zərdab rayon Gənclər və İdman İdarəsinin rəisi İlkin Əliyev, gənc həkim Şəfa Qocayeva, gənc jurnalist Ələkbər Kərimov, 11-ci sinfi ABŞ-da oxuyan şagird Əminə Teymurova, məktəbli, fizika fənni üzrə Respublika Olimpiadasının mükafatçısı Jalə Əlövsətli çıxış edərək bildiriblər ki, rayonumuzda gənclərə yaradılan şərait, yeni tikilən çoxsaylı məktəblər, təhsil sahəsində də xeyli nailiyyətlərin qazanılmasına zəmin yaratmışdır. Natiqlər bildiriblər ki, bugünkü konfrans, Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin hərbi vətənpərvərlik tərbiyəsində rolu, bu istiqamətdə aparılan işlərin, görülən tədbirlərin əhəmiyyəti ilə bağlı konfransda səslənən fikirlər bizə çox şey verdi. Biz bir daha əmin olduq ki, Heydər Əliyev ideyaları ölməzdir və Heydər Əliyev yolu Azərbaycan gəncləri üçün alternativi olmayan bir yoldur.
Çıxışlar dinlənildikdən sonra gənclər sərbəst olaraq qonaqlara suallar ünvanlayıb və öz təkliflərini bildiriblər.
Zərdab RİHB Aparatının informasiya təminatı və təhlil sektorunun yaydığı məlumatda bildirilir ki, sonda konfrans iştirakçıları əminliklə vurğulayıblar ki, Zərdabın seçki hüquqlu bütün gəncləri 2013-cü ilin oktyabrında keçiriləcək Prezident seçkilərində birmənalı olaraq cənab Prezident İlham Əliyevin namizədliyinizi dəstəkləyəcək, Azərbaycanın, Azərbaycan xalqının, Azərbaycan gəncliyinin daha işıqlı, daha nurlu sabahına səs verəcəklər.
Axşam saatlarında Heydər Əliyev Meydanında Gənclər və İdman Nazirliyi və Azad Azərbaycan Telekanalı tərəfindən birgə hazırlanmış və konfransa həsr olunmuş geniş konsert proqramı və atəşfəşanlıq təşkil edilib.
Bəs konfurans qurtarandan sonra çöldə pilləkəndəı çəkilən Şəkil niyə yükləməmisiz???
Comments are closed.