Zərdab rayonunda Zərdab-Mollakənd yolunun Zərdaba aid olan 26 km məsafənin 8 km-də və 8 kəndi, 9 min nəfərə qədər əhalini birləşdirən Zərdab-Yuxarı Seyidlər-Siləyli yolunda qızğın iş gedir. Artıq yolun 20 km-nə qədəri asfaltlanmış, yola 30-dan çox keçid qoyulmuş, yol nişanları quraşdırılmışdır.
Bu günlərdə isə şəhər mərkəzində su və kanalizasiya xətlərinin çəkilməsi məqsədilə qazılmış yollar yenidən bərpa olunur.
2 gün ərzində şəhərin Heydər Əliyev prospektində bu işlər tam başa çatdırılmışdır.
Hazırda yolların bərpası işi davam etdirilir.
Zərdab RİHB Aparatının informasiya təminatı və təhlil sektoru
Zerdab.com