TQDK iyunun 12-də keçirdiyi imtahanın nəticələrini açıqlayıb. Qurumun mətbuat xidmətinin məlumatına görə, imtahan Yevlax, Bərdə, Tərtər, Daşkəsən, Gəncə, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Göyçay, Ucar, Kürdəmir, Ağdaş və Zərdab rayonlarının bütün orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirilib.
IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə 15:00-da başlayıb. İmtahan Yevlaxda 3, Bərdədə 5, Tərtərdə 2, Daşkəsəndə 1, Gəncədə 6, Göygöldə 2, Samuxda 2, Naftalanda 1, Goranboyda 3, Şəmkirdə 6, Gədəbəydə 3, Ağstafada 2, Qazaxda 3, Tovuzda 5, Göyçayda 3, Ucarda 2, Kürdəmirdə 4, Ağdaşda 3, Zərdabda isə 2 binada təşkil olunub.
Orta ümumtəhsil müəssisələrinin XI siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 58 imtahan mərkəzi ayrılıb.
Hər iki imtahana ümumilikdə 163 imtahan rəhbəri cəlb edilib.
Qeyd edək ki, abituriyentlər TQDK-nın rəsmi saytına daxil olaraq, iş nömrəsini və şəxsiyyəti təsdiq edən sənədin nömrəsini qeyd etməklə imtahanda əldə etdiyi nəticə barədə məlumat ala bilərlər.
Salam imtahanin cavablarin mumkunduse deyinde
Comments are closed.