Dünən axşam saatlarında Zərdab rayonunda başlayan güclü külək təqribən səhər saatlarınadək davam edib. İlk dəqiqlərdə güclü yağışla müşahidə olunan külək şəxsi təsərrüfatlara ciddi ziyan vurub. Kəndlərdə çoxlu sayda ağaclar, bəzi yerlərdə (Pərvanlı kəndi) daş hasarlar aşıb.
Zərdab rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə hallar komissiyasının sədri Allahverdi Səfərovun verdiyi məlumata görə, güclü külək nəticəsində rayonda 15 elektrik dirəyi aşıb. Bundan başqa, 14 fərdi yaşayış evi və tövlələrin dam örtüyünə ziyan dəyib. Elektrik dirəklərinin aşması nəticəsində axşam saatlarından rayona elektrik enerjisinin verilişi dayandırılıb. Bu gün səhər tezdən rayon mərkəzinə elektrik enerjisinin verilişi bərpa edilib. Kəndlərə isə elektrik enerjisinin verilişi yalnız bu gün saat 16:00-da mümkün olub.
Zerdab.com
Belke indi Zerdabda neyise deyisheler,temir edeler.Yoxsa batib gedir rayon!!!
Comments are closed.