“Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə icrasına başladığı “Sağlam gənclik sağlam gələcəkdir” adlı layihə çərçivəsində Zərdab rayonunda tədbir keçirib. Belə ki, 31 may-1 iyun 2013-cü il tarixlərində xüsusi qayğıya ehtiyacı olan gənclərin – əlilliyi olan və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların başqa vətəndaşlarla bərabərliyinə, öz fərdi qabliyyətlərinə və maraqlarına müvafiq surətdə həyat sürmələrinə və xüsusi qayğıya ehtiyacı olan gənclərin ictimai sosial həyata inteqrasiyasına dəstək məqsədilə “Əyləncəli oyunlar klubu” təşkil edilib.
“Əyləncəli oyunlar klubu”nda maraqlara uyğun olaraq şahmat, dama və futbol idman növləri üzrə əyləncəli oyunlar keçirilib.
Bundan başqa, sağlam həyat tərzinin təbliğ olunması və bu sahədə olan qanunvericilik haqqında məlumat bazası verilmiş bukletlər paylanılıb.