Oxucuların istək və müraciətlərini nəzərə alaraq, www.zerdab.com saytı rayonumuzun qələm əhlinin yazıb yaratdıqlarını oxuculara təqdim edir. Əgər sizin də şerləriniz varsa, bizə göndərin.
Yaraşmaz
(Bir yaltaqnamə müəllifinə)
Oxudum şerini Əziz Şirindil,
Bir ildırım vurdu məni elə bil,
Mədhiyyələr yazmaq qəbahət deyil,
Amma yaltaqnamə yaşa yaraşmaz.
Bilməzdim belə də şakərin varmış,
Vicdanın gözü kor, qulağı karmış.
Adamda neçə cür sifət olarmış,
Bu üzlə keçəsən başa, yaraşmaz.
Dediyin o rəis yalançı, oğru,
Çıxmağı bacarır sudan qup-quru,
Belə bir mövqe də olammaz doğru,
Adımız çəkilə qoşa, yaraşmaz.
İsaməddin Əhmədov, Zərdab şəhəri