Yaşlı bir usta var idi. Şagirdi hər şeydən şikayət edirdi. Usta da artıq onun bu şikayətlərinə dözmürdü. Bir gün usta şagirdini duz almağa göndərdi. Bir azdan şagirdi duzu alıb qayıtdı. Usta: “İndi bir fincan götür, içərisinə bir ovuc duz at, qarışdır və iç”, – dedi. Şagird ustanın dediyi kimi etdi. Ancaq duzlu suyu içər-içməz boğazı qovuşdu və çeçəməyə başladı. “Dadı necədir?” – deyə usta soruşdu. Şagird üz-gözünü turşudaraq: “Acıdır”, – dedi. Usta gülümsədi və şagirdinin qolundan tutub qarşıdakı gölün sahilinə apardı. Usta bu dəfə: “İndi bir ovuc duz götür, gölə at, sonra da gölün suyundan iç”, – dedi. Şagird yenə ustanın dediyi kimi etdi. “Dadı necədir?” – usta yenə soruşdu. “Şirindir”, – şagird cavab verdi. Usta davam etdi: “Hə oğlum, həyatdakı çətinliklər də belədir. Eynilə bu bir ovuc duz kimi. Acılığı tökdüyün qaba görə dəyişir”…
P. S. Kimisi fincan kimidir. Ən kiçik dərdlər də onlara böyük gəlir. Kimisi də göl kimidir. Bütün dərdləri içində əridir. Ancaq nə olur-olsun, fincan kimi olmayın, göl kimi olun…
Mənbə “Ailəm” jurnalı