Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının 8-ci konfransı keçirildi

1
72

Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatı Yeni Azərbaycan Partiyası (YAP) Zərdab rayon təşkilatının 8-ci konfransı keçirildi. Konfrans iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül və çiçək dəstələri qoydular. Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının sədri, Rayon İcra Hakimiyyəti başçısının müavini-sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması  şöbəsinin müdiri Pərvin Mahmudova qonaqları və konfrans iştirakçılarını salamladı və konfransı açıq elan etdi. O, konfransa giriş nitqi ilə çıxış etdi. Qeyd etdi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi respublikanın hər yerində olduğu kimi Zərdabda da böyük təntənə ilə qeyd edilmiş, onun əziz xatirəsi çoxsaylı və möhtəşəm tədbirlərdə dərin hörmət və ehtiramla yad olunmuşdur.

Heç kəs heç vaxt unutmamalıdır ki, Azərbaycanın dünya dövlətləri ilə inteqrasiya yoluna qədəm qoyması, elm, təhsil və mədəniyyət sahələrindəki uğurlara geniş meydan açılması, partiyamızın qurucusu, yaradıcısı, öz parlaq şəxsiyyəti ilə tariximizin canlı salnaməsinə çevrilmiş Ümummilli liderimizin xidmətləri sayəsində mümkün olmuşdur. YAP və onun yaradıcısı haqqında danışarkən ilk növbədə onu deməliyik ki, Ulu Öndər partiyanı yaradarkən gələcəyini elə düşünmüşdür ki, bu partiya cəmiyyətdə böyük bir siyasi qüvvə kimi vətəndaşlarımızın həyatının tənzimlənməsində, müstəqilliyimizin möhkəmlənməsində, dövlətçiliyimizin qorunmasında mühüm rol oynamış və dövlətçiliyimizin əsl dayağı olmuşdur.

Konfransda çıxış edən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev konfransımızın Ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 90 illik yubiley tədbirlərinin bu gün də davam etdiyi bir dövrə təsadüf etməsini xüsusi vurğuladı. Bildirdi ki, vətən və xalq qarşısında xidmətləri olan insanlar heç vaxt unudulmur. Yeni Azərbaycan Partiyasının yaradılması da Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən biridir.

Azərbaycan tarixində dahi şəxsiyyətlər çox olub. Onlar fəaliyyətləri ilə xalqın yaddaşında bu gün də yaşayırlar. Bunların sırasında böyük zəka sahibi, nadir şəxsiyyət, nüfuzlu dövlət xadimi, millətin fədakar oğlu, ümummilli lider HEYDƏR ƏLİYEV ən yüksək zirvədədir.

Azərbaycanın son onilliklər ərzində qazandığı uğurlar Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə birbaşa bağlıdır. Onun Azərbaycanın rəhbəri seçilməsi əslində çağdaş tariximizə ölkəmizin sürətli və uzunmüddətli inkişafının əsasının qoyulması  kimi daxil olmuşdur. Və təbiidir ki, bugünkü müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəri, Yeni Azərbaycan Partiyası isə Heydər Əliyev partiyası adlandırılır. Yeni Azərbaycan Partiyası həqiqətən zamanın tələbindən yaranmışdır və qısa müddətdə ümumxalq partiyasına çevrilmişdir. Yeni Azərbaycan Partiyası yeganə siyasi partiyadır ki, yarandıqdan cəmi bir neçə ay sonra sivil yolla ölkədə siyasi hakimiyyətə gəlmişdir. Yeni Azərbaycan Partiyası ötən müddət ərzində  dövlətimiz və xalqımız qarşısında şərəflə xidmət etmiş, uğurlu fəaliyyət göstərmiş, dövrün, zamanın çətinliklərindən təşkilatı və ideoloji cəhətdən mətinləşmiş şəkildə çıxmışdır.

Azərbaycan xalqı, o cümlədən zərdablılar firavan yaşayışımızın təmin edildiyi bu gün üçün Ulu Öndərimiz Heydər Əliyevə minnətdardır.

Azərbaycanda Yeni Azərbaycan Partiyasına alternativ, Yeni Azərbaycan Partiyası ilə rəqabətə girə biləcək siyasi qüvvə yoxdur. Bu gün də Yeni Azərbaycan Partiyasının liderliyi son dərəcə etibarlı əllərdədir.

Partiyanın sədri, Möhtərəm Prezidentimiz İlham Əliyevin liderliyi ilə Yeni Azərbaycan Partiyası bu gün cəmiyyətimizi daha da yeniləşdirir, dövlətimiz qüdrətlənir, xalqımızın firavanlığı təmin olunur. Hazırda sözün əsl mənasında yeni, azad, demokratik Azərbaycan qurulur, müstəqil respublikamızda yeni ictimai-siyasi quruluş yaranır, yeni iqtisadi formalar təşəkkül tapır, vətəndaş cəmiyyəti formalaşır, demokratiya inkişaf edir. Belə bir şəraitdə ölkəmizdə analoqu olmayan, özünü ən mütəşəkkil, ən güclü siyasi qüvvə kimi təsdiqləyən məhz Yeni Azərbaycan Partiyasıdır və yalnız Yeni Azərbaycan Partiyası suveren Azərbaycan dövlətini bundan sonra da müstəqillik yolunda inamla inkişaf etdirəcək, möhkəmləndirəcək və qüdrətləndirəcəkdir.

Yeni Azərbaycan Partiyasının ilk avanqard dəstələrindən biri olan Zərdab rayon təşkilatının da fəaliyyəti çox enişli və yoxuşlu olmuşdur. Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının üzvləri də bu illər ərzində siyasi və ideoloji cəhətdən mətinləşmiş, ötən illərin mühüm siyasi kampaniyalarında daim dövlətinə, dövlətçiliyinə və dövlətinin başçısına sədaqəti ilə seçilən zərdablılar, o cümlədən Yeni Azərbaycan Partiyası üzvləri yüksək siyasi iradə nümayiş etdirmişlər. Rayonda həyata keçirilən siyasi, iqtisadi və mədəni quruculuq işlərində YAP üzvləri və onun tərəfdaşları həmişə ön mövqedə olmuşlar.

Partiyanın sədri cənab İlham Əliyevin bu gün bizim qarşımızda qoyduğu bir nömrəli vəzifə xalq üçün işləməkdən, xalqa xidmət etməkdən ibarətdir. Bu mənada qarşıda daha çox və daha mühüm təxirəsalınmaz vəzifələr durur. Bu gün zərdablılar iqtisadiyyatda, aqrar və sosial sahələrdə, mədəni quruculuq işlərində daha yüksək nailiyyətlər qazanmaq əzmindədirlər və başda rayon rəhbərliyi, Yeni Azərbaycan Partiyasının fəalları, partiya üzvləri olmaqla, bütün zərdablılar bu amallarla yaşayır və işləyirlər.

Respublikamızın hər yerində olduğu kimi Zərdabda da 90 illik yubileyi böyük təntənə ilə qeyd edilən Ulu Öndərimiz Heydər Əliyevin irsinə sadiqlik nümayiş etdirilməsi bir daha sübut edir ki, ömrünü xalqına, xalqının xoşbəxt gələcəyinə bağışlayan ümummilli lider Heydər Əliyevin ideyaları bu gün də yaşayır, sabah da yaşayacaqdır.

Hələ sağlığında Ulu Öndərimiz əbəs yerə deməyib ki, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır.

Sonra Yeni Azərbaycan Partiyasının Bakıda keçiriləcək 5-ci qurultayına nümayəndələr seçildi.

Konfransda Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə və Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul işçisi Həsən Daşdəmirov iştirak edirdi. Eldar İbrahimov və Aydın Mirzəzadə konfransda çıxış etdilər.

Zərdab RİHB Aparatının informasiya təminatı və təhlil sektoru

Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatı

Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatı

Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatıYeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatı

Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatı

Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatı

1 comment

  1. Çox çətinliklə də olsa yazını axıra qədər oxudum.Ancaq YAP rayon təşkilatının rayonun ictimai-siyasi həyatında hansı təşəbbüslə çıxış etməsi,ümumiyyətlə YAP rayon təşkilatının rayonun həyatında hansı rol oynaması barədə bir sözə belə rast gəlmədim.
    Mənimçün maraqlı “Yeni Azərbaycan Partiyası yeganə siyasi partiyadır ki, yarandıqdan cəmi bir neçə ay sonra sivil yolla ölkədə siyasi hakimiyyətə gəlmişdir.” cümləsi oldu. ———————————–

Comments are closed.